Putin müraciətlə çıxış edəcək

Putin müraciətlə çıxış edəcək




















“Rossiya 1” çıxışı canlı yayımlayacaq

Rusiya prezidenti Vladimir Putin dekabrın 3-də 12-ci dəfə Federal məclisə ənənəvi müraciət ilə çıxış edəcək.

Bu barədə çıxışı canlı yayımlayacaq “Rossiya 1” telekanalının saytında məlumat yayılıb.

Dövlət başçısı öz çıxışına Moskva vaxtı ilə saat 12:00-da başlayacaq. Müraciətin mətni açıqlanmır.

Kremldə Putinin çıxışının tarixi haqqında dəqiq məlumatı hələlik təsdiqləməyiblər.

Noyabrın 11-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Putinin Federal məclisə müraciətinin əsas mövzusunun təhlükəsizlik məsələlərinin olması barədə məlumatı təkzib edib.

“Xeyr, bu, belə deyil”, - Peskov “Komersant” qəzetinin məlumatının doğruluğu barədə suala cavab verərkən bildirib.

Qeyd edək ki, Rusiya Federasiyasının parlamenti Federal məclis RF-nin qanunverici orqanıdır. Federal məclisin statusu Rusiya Konstitusiyasının beşinci fəslində müəyyən edilib.

Federal məclisin vəzifə və səlahiyyətləri iki palata - Dövlət Dumasının (aşağı palata) və Federasiya Şurasının (yuxarı palata) arasında müəyyənləşdirilib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər