Azərbaycana səs salan dəhşətli qətlin detalları: Yaşlı qadını kim öldürüb?

Azərbaycana səs salan dəhşətli qətlin detalları: Yaşlı qadını kim öldürüb?
















Yanvarın 27-də axşam saat 20:00-da Bakının Xətai rayonundakı mənzilində meyiti tapılmış yaşlı qadının iki ay əvvəl öldürüldüyü məlum olub.

Bu barədə sputnik.az-a Xətai rayon Polis İdarəsindən məlumat verilib.

Cinayətin qurbanı Xətai RPİ-nin 35-ci polis bölməsinin ərazisi olan İnqilab İsmayılov küçəsindəki 52 nömrəli çoxmənzilli evlərdən birində yaşayan 83 yaşlı Patimat Kucayevadır.

Məhkəmə-tibbi ekspertizanın ilkin rəyinə görə, qatil qurbanının baş nahiyəsinə 7, sifətinə 2, boynuna isə 1 bıçaq zərbəsi endirib. Qadının cəsədini ilk olaraq qonşular aşkarlayıb. Kucayeva bir neçə gün adam arasında çıxmayıb və bu, qonşuları tədirgin edib.

Patoloqoanatomlar qadının öldürüldüyü vaxtı təyin edə biliblər. O, 2 ay əvvəl qətlə yetirilib. Onlar qadının bədənində 20-yə yaxın bıçaq zərbəsi sayıblar. Hələlik faktla bağlı şübhəli qismində heç kəs saxlanmayıb. Kriminalistlər qatilin qadın ola biləcəyini istisna etmir.

Polisdən onu da bildiriblər ki, Kucayevanın oğlu iki ay müddətində anasının vəziyyəti ilə maraqlanmayıb. O, anasının ölümü ilə bağlı məlumatlandırılandan sonra, cəsədi torpağa vermək üçün morqdan götürüb.

Məhkəmə prosesi davam edir.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər