"Dövlət başçısı çox yaxşı başa düşür ki, şəhid ailələri cəmiyyətin həssas kateqoriyasıdır" - deputat

"Dövlət başçısı çox yaxşı başa düşür ki, şəhid ailələri cəmiyyətin həssas kateqoriyasıdır" - deputat














Prezident və birinci xanımın şəhid ailələri ilə görüşünü çox yüksək qiymətləndirirəm və hesab edirəm ki, bu, yeni başlayan ilin ən mühüm hadisəsidir.

Bu sözləri Axar.az-a Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Prezident Sarayında şəhid ailələri ilə görüşü barədə danışan millət vəkili Elmira Axundova deyib. O bildirib ki, ölkə rəhbəri çox humanist və ədalətli bir addım ataraq, daha 3 minə yaxın şəhid ailəsinin hüquqlarının bərpa olunması və 461 şəhid polisin vərəsələrinə birdəfəlik 11 min manat yardımın verilməsinə dair əmr verdi:

“Bu, çox böyük bir fərmandır. Dövlət büdcəsindən şəhid ailələrinə vəsaitlərin ayrılması olduqca təqdirəlayiqdir. Fərmanda xüsusilə də polis şəhid ailələrinə yardımın verilməsinin nəzərdə tutulması ölkə rəhbərinin olduqca humanist olduğunu bir daha ortaya qoyur”.

Millət vəkili bildirib ki, Prezident cəmiyyətdə gedən prosesləri diqqətlə izləyir və verilən təklifləri qəbul edir:

“Prezident sözügedən məsələyə dair araşdırmalarla bağlı göstəriş verdikdən və araşdırmalar tez bir zamanda başa çatdıqdan sonra çox ədalətli bir addım atdı. Yeni Fərman sözün əsl mənasında böyük əks-səda doğurdu. Dövlət başçısı çox yaxşı başa düşür ki, şəhid ailələri cəmiyyətin həssas kateqoriyasıdır və bu ailələr oğullarını, həyat yoldaşlarını Vətən uğrunda itiriblər. Ona görə də ölkə başçısı bu kateqoriyaya artıq dərəcədə həssas yanaşır. Prezident mütəmadi olaraq əlillər, şəhid ailələri ilə görüşlər keçirir. Ölkə rəhbəri daim verdiyi sözünü təsdiq edir ki, o, hər bir azərbaycanlının prezidentidir”.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər