Ziya Bünyadov prospektində ağır qəza – Yol bağlandı (Fotolar)

Ziya Bünyadov prospektində ağır qəza – Yol bağlandı (Fotolar)















Ziya Bünyadov prospektində zəncirvari yol qəzası baş verib.

“Report” xəbər verir ki, yolun “Koroğlu” metrostansiyasına gedən istiqamətində, körpünün Ayna Sultanova heykəlinə yaxın hissəsində iki minik və bir yük maşını toqquşub.

Qəzadan sonra yük maşını aşıb və maşınların həmin istiqamətdə hərəkəti demək olar ki, tam dayanıb. Aşan yük maşınının yoldan götürülməsi üçün əraziyə qaldırıcı kran cəlb olunub. Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları və təcili tibbi yardım maşını gəlib.

Ölən və yaralananların olub-olmadığı barədə məlumat yoxdur.

Ziya Bünyadov prospektində ağır qəza – Yol bağlandı (Fotolar)
Ziya Bünyadov prospektində ağır qəza – Yol bağlandı (Fotolar)
Ziya Bünyadov prospektində ağır qəza – Yol bağlandı (Fotolar)
Ziya Bünyadov prospektində ağır qəza – Yol bağlandı (Fotolar)
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər