“İynəyə pul tapırdı, amma oğluma…” – Samirə Zahid Sabiradlı barədə danışdı

“İynəyə pul tapırdı, amma oğluma…” – Samirə Zahid Sabiradlı barədə danışdı















Meyxanaçı Samirə bir müddət öncə vəfat edən klarnet ifaçısı Zahid Sabiradlı barədə açıqlama verib.

Musavat.com xəbər verir ki, o sosial şəbəkədə canlı yayıma qoşularaq mərhum klarnetçinin kömək istəyən ailəsinə yardım etməyəcəyini deyib:

“Heç kimə kömək etməyəcəm. Qoy, mənə qəddar desinlər, pis desinlər. Allah rəhmət eləsin. Amma neyləyib Zahid mənim üçün? Həmin vaxt bir yerdə toyda idik. Bilirdi, mənim övladım nə vəziyyətdə idi. Zahid mənə kömək etmədi. Amma iynəyə pul tapırdı. Mən də onun ailəsinə kömək etməyəcəyəm. Heç kəs inciməsin. Belə də ki, istəyirlər incisinlər!”

Qeyd edək ki, Sabirabadlı dekabr ayında qəfildən dünyasını dəyişib. Daha sonra xanımı efirə çıxaraq evinin krediti üçün kömək istəyib.

“İynəyə pul tapırdı, amma oğluma…” – Samirə Zahid Sabiradlı barədə danışdı
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər