"İşğalçı dərk edir ki, bu, onların sonu ola bilər" — Sevinc Fətəliyeva

"İşğalçı dərk edir ki, bu, onların sonu ola bilər" — Sevinc Fətəliyeva















Prezident İlham Əliyevin diplomatik səyləri nəticəsində işğalçı Ermənistan küncə sıxışdırılmış və təcrid vəziyyətdə qalmaqda davam edir. İndi bütün beynəlxalq təşkilatların sənədlərində Dağlıq Qarabağ Azərbaycanın ərazisi kimi göstərilir. Prezidentimizin hücum diplomatiyasına uyğun olaraq Heydər Əliyev Fondunun fəal işi nəticəsində Xocalı soyqırımı dünyanın ondan çox ölkəsinin parlamenti, eləcə də, ABŞ-ın iyirmidən artıq ştatı tərəfindən tanınıb. Dünyanın nüfuzlu ekspertlərinin hesab etdiyi kimi, Ermənistanın mövqeyi xeyli zəiflədilib. Hətta işğalçı dövlətə bir vaxtlar havadarlıq etmiş ölkələrin regional məsələlərdə məhz Azərbaycan prezidenti ilə məsləhətləşməyə üstünlük vermələri və paralel olaraq Ermənistanı perspektivsiz ölkə hesab etmələri onun oyundan kənarda qalmasına səbəb olub.
Oxu.az xəbər verir ki, bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədr müavini Sevinc Fətəliyeva deyib.

O qeyd edib ki, İslam Əməkdaşlığı Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurasının Parlament Assambleyası və Avropa Parlamenti kimi beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünü tanıyan qətnamə və qərarlarına Ermənistan tərəfindən məhəl qoyulmasa da, aprel döyüşlərində və Cünnüt əməliyyatında aldığı zərbə ona böyük dərs olub.

“İndi işğalçı dövlət çox yaxşı dərk edir ki, Azərbaycana qarşı növbəti belə təxribat uğursuz nəticələnəcək və bu, onların sonu ola bilər. Münaqişənin həllinə dair ədalətli mövqe Azərbaycanın Qoşulmama Hərəkatına üzv olmasından sonra zirvə toplantıları və xarici işlər nazirləri səviyyəsində qəbul olunan sənədlərdə də davamlı şəkildə öz təsbitini tapır. Qoşulmama Hərəkatının XVII Zirvə toplantısının mühüm nəticələrindən biri də Hərəkata üzv dövlətlərin yekdil razılığı ilə 2019-2022-ci illərdə sədrliyin Azərbaycana verilməsi və 2019-cu ildə XVIII Zirvə toplantısının Azərbaycanda keçirilməsi qərarıdır.
Ölkəmizə olan etimadın və onun artan nüfuzunun göstəricisidir ki, təsisata qısa müddət ərzində üzv olmağımıza baxmayaraq, ölkəmizin sədrliyi yekdilliklə dəstəklənib. Düşünürəm ki, ölkəmizin sədrliyi müddətində bir çox məsələlərin həlli istiqamətində müsbət nəticələr əldə olunacaq.

Beynəlxalq sülh və təhlükəsizliyin gücləndirilməsində əsaslı rol oynayan bu Hərəkatın prinsiplərinə uyğun olaraq, Azərbaycan dünyada sülhün bərqərar olmasına öz töhfəsini verəcək”, - deyə S.Fətəliyeva əlavə edibБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər