Sumqayıtda ər hamilə arvadına dəhşətli işgəncə verdi – Şüşə ilə…

Sumqayıtda ər hamilə arvadına dəhşətli işgəncə verdi – Şüşə ilə…














Sumqayıtda hamilə qadın əri tərəfindən möhkəm döyülüb. “Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayonunda baş verib.

Belə ki, kirayədə yaşayan, Arzu Hüseynova əri 28 yaşlı Fuad Hüseynov tərəfindən möhkəm döyülüb. Daha sonra kişi qadının əl və qol nahiyələrini şüşə parçası ilə kəsib. Qadın aldığı xəsarətlərdən huşunu itirib. Hadisəni törədən ər evdən xanımına məxsus qızılları da götürərək qaçıb.

Hadisə yerinə dərhal Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinin əməkdaşları cəlb edilib.

Zərərçəkmiş Arzu Hüseynovanın ərizəsi qəbul edilib və ona ekspertiza təyin edilib.

Qeyd edək ki, A.Hüseynova 5 aylıq hamilədir. Faktla bağlı araşdırma aparılır.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər