“Spartak” azərbaycanlı futbolçu ilə uzunmüddətli müqavilə imzalayıb

“Spartak” azərbaycanlı futbolçu ilə uzunmüddətli müqavilə imzalayıb














Rusiyanın “Spartak” klubu azərbaycanlı futbolçu Ayaz Quliyevin keçidini rəsmiləşdirib.

“Report” klubun rəsmi “Twitter” səhifəsinə istinadən xəbər verir ki, Moskva təmsilçisi 23 yaşlı yarımmüdafiəçi ilə uzunmüddətli müqavilə imzalayıb. Sözləşmənin detalları isə açıqlanmayıb.

Daha öncə A.Quliyevin Moskva təmsilçisində illik 1.2 milyon məvacib alacağı və bu keçid üçün “Spartak”ın “Rostov”a 1 milyon avro təzminat ödəyəcəyi yazılıb.

Qeyd edək ki, A.Quliyev məhz mövsümün əvvəlində yetirməsi olduğu “Spartak”dan “Rostov”a keçib. O həmçinin 21 yaşadək futbolçulardan ibarət Rusiya milli komandasının da formasını geyinib. Hazırda onun Azərbaycanın əsas yığmasına cəlb olunması gündəmdədir.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər