Avropanın ən bahalı 100 futbolçusunun SİYAHIsı

Avropanın ən bahalı 100 futbolçusunun SİYAHIsı















“CIES Football Observatory” araşdırma mərkəzi Avropanın beş böyük milli çempionatında çıxış edən 100 ən bahalı futbolçunun siyahısını açıqlayıb.

Axar.az xəbər verir ki, siyahıda futbolçular qiymətləndirilərkən onları yaşı və klubları ilə müqavilələrinin müddəti nəzərə alınıb.

Siyahıya “Paris Sen-Jermen” klubunun fransalı hücumçusu Kilian Mbappe başçılıq edir. İyirmi yaşlı hücumçuya 218,5 milyon avro qiymət qoyulub. İkinci yerə İngiltərə millisinin və “Tottenhem”in hücumçusu Harri Keyn (200,3 milyon), üçüncü yerə isə “Paris Sen-Jermen”in braziliyalı futbolçusu Neymar (197,1 milyon) layiq görülüblər. “Mançerster Siti”nin ingiltərəli hücumçusu Rahim Sterlinq (185,8 milyon) dördüncü, “Liverpul”un misirli forvardı Məhəmməd Salah (184,3 milyon) isə beşincidir. “Yuventus”un argentinalı hücumçusu Paulo Dibala (171,9 milyon) siyahıda altıncı, onun həmyerlisi, “Barselona”nın forvardı Lionel Messi (171,2 milyon) isə yeddinci pillədə qərarlaşıblar. İlk onluğu belçikalı Romelu Lukaku (“Mançester Yunayted, 162 milyon), braziliyalı Filippe Koutinyo (“Barselona”, 157 milyon), almaniyalı Leroy Sane (“Mançerster Siti”, 156,1 milyon) tamamlayıblar.

“Yuventus”un portuqaliyalı hücumçusu Kristiano Ronaldo 127,2 milyon avro ilə 19-cu olub.

Xatırladaq ki, siyahıdakı futbolçuların 27-sinin qiyməti 100 milyon avrodan çoxdur. Onların 16-sı İngiltərə, 5-i İspaniya, 3-ü İtaliya, 2-si Fransa, 1-i isə Almaniya milli çempionatlarında çıxış edir. İyirmi yeddi nəfərlik siyahıda Braziliyadan 6, İngiltərə və Fransanın hər birindən 5, Argentina, Portuqaliya, Belçikanın hər birindən 2, Misir, Almaniya, Seneqal, Uruqvay və İtaliyanın hər birindən 1 futbolçu yer alıb.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər