Tolik paylaşımı ilə onlara acıq verdi

Tolik paylaşımı ilə onlara acıq verdi














Prodüser-aparıcı Tarix Əliyev sosial şəbəkədəki paylaşımı ilə şairə Nazilə Səfərliyə acıq verib.

Axşam.az-ın məlumatına görə, rəqqasə Fatimə Fətəliyeva Nazilə ilə fotosunu yerləşdirərək barışdıqlarını bir daha göstərməyə çalışıb. Tolik isə hər iki məşjurla küsülü olan müğənni Xatun Əliyeva ilə şəklini yerləşdirib. O, paylaşımına Gördüm Fatimə şəkil paylaşıb Nazilə ilə. Mən də dedim Xatunla paylaşım, bərabər olsun” sözlərini yazıb.

Qeyd edək ki, Tolik “Maşın” şouda yer alan Naziləyə küsülü olduğu aparıcı-aktyor Sərxan Kərəmoğlu ilə mehriban olmamasını bildirmişdi. Tolik bunu açıq-aşkar sosial şəbəkədə yazmışdı. Nazilənin oyun boyunca Sərxanla qruplaşması prodüserlə aralarının dəyməsinə səbəb olub.

Xatun Fatimə ilə qalmaqal yaşayan zaman Nazilə rəqqasənin ünvanına tənqidlər yazmış, ondan küsmüşdü. Daha sonra Xatun Nazilə ilə küsdüyünü açıqlayıb. Fatimə isə “Maşın” şouya gedərək Naziləyə dəstək olub və barışıblar.

Fatimə paylaşımına “Həyat özü göstərir kim-kimdir. Allah bizi daha da mehriban etsin” sözlərini qeyd edib.

Tolik paylaşımı ilə onlara acıq verdiБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər