Tacirin vəfat etmiş qardaşının həyat yoldaşı atası evinə getdi — QALMAQAL (FOTO)

Tacirin vəfat etmiş qardaşının həyat yoldaşı atası evinə getdi — QALMAQAL (FOTO)















Tanınmış müğənni Tacir Şahmalıoğlu “Xəzər” televiziyasında Zaur Nəbioğlunun aparıcılığıyla yayımlanan “Olduğu kimi” verilişinin qonağı olub.
Sənətçinin 3 il öncə vəfat etmiş kiçik qardaşının həyat yoldaşı atasının evinə getdiyi açıqlanıb. Z.Nəbioğlu müğənniyə gəlinlərinin dediklərini çatdırıb:

“Qardaşınızın həyat yoldaşı söylədi ki, dörd aya yaxındır nə maddi, nə mənəvi bizim yanımızda deyillər. Hətta bildirdi ki, uşaqları onlara göstərməyəcəyəm”.

T.Şahmalıoğlu qardaşının həyat yoldaşının dediklərinə belə reaksiya verib:

“Hər bir ailədə mübahisə olur. Hər zaman o uşaqların arxasındayam. Bilirəm ki, o uşaqları bizə göstərməsə də, bir az böyüyəndən sonra əmilərinə ehtiyacı olacaq. İmkan olduqca hamımız öz balalarımıza edə bilmədiklərimizi o uşaqlara etməyə çalışırıq. Deyirəm ki, lənət şeytana. İnanıram ki, bu vəziyyət çox sürməyəcək. Mən o insanı da başa düşürəm. Çünki durduğu yerdə evinin başçısını, uşaqlarının atasını itirib”.

T.Şahmalıoğlunun 83 yaşlı anası Südabə xanım da nəvələrini görmək istədiyini dilə gətirib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər