Heydər Əliyevin həyatı və ictimai fəaliyyətinin əsas tarixləri

Heydər Əliyevin həyatı və ictimai fəaliyyətinin əsas tarixləri
















Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının ildönümüdür.
“Ölkə.Az” oxucularını dahi liderin hıyatı və ictimai fəaliyyətinin əsas tarixləri ilə tanış edir.

Heydər Əlirza oğlu Əliyev 1923-cü il may ayının 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub.



1938 - Naxçıvan Pedaqoji Texnikumuna daxil olub;

1939 - Naxçıvan Pedaqoji Texnikumunu bitirmişdir; - Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) memarlıq fakültəsinə daxil olub;
1941-1944 - Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri işləyib;
1944 - Dövlət Təhlükəsizlik orqanlarında işləmişdir. - Kommunist Partiyası sıralarına daxil olub;
1945 - “1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” medalı ilə təltif olunub; “1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə”medalı ilə təltif edilib;



1948 - “Sovet ordusunun və Donanmasının 30 illiyi” yubiley medalı ilə təltif olunmuşdur; - “Əmək rəşadətinə görə” medalı ilə təltif olunub;
1949 - SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Leninqraddakı (Sankt-Peterburq) rəhbər kadrların hazırlığı məktəbində təhsil alıb; “Əmək igidliyinə görə” medalı il təltif edilib;



1950 - Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsində bölmə rəisi vəzifəsinə təyin olunub;
1951 - Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tarix fakültəsinə daxil olub;
1953 - Dövlət Təhlükəsizlik Komitəsinin əks-kəşfiyyat şöbəsinin rəisi təyin edilib;
1954 - “Döyüş xidmətlərinə görə” medalı ilə təltif olunub;
1957 - Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib; - “Döyüş xidmətlərinə görə” medalı ilə təltif olunub;
1959 - II dərəcə “Nümunəvi xidmətə görə” medalı ilə təltif olunub;
1960 - “DTK-nın fəxri əməkdaşı” nişanı ilə təltif olunub;
1962 - SSRİ-nin dövlət təhlükəsizliyinin təmin edilməsində xidmətlərinə görə “Qırmızı Ulduz” ordeni ilə təltif olunub. Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini olub;
1964 - Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini işləyib.Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunub. I dərəcə “Nümunəvi xidmətə görə” medalı ilə təltif olunub;
1965 - “1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi” yubiley medalı ilə təltif olunub. “Sovet milisinin 50 illiyi” yubiley medalı ilə təltif olunub;



1967 - Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri işləmiş, generalmayor rütbəsinə qədər yüksəlmişdir; “ÜFK-DTK-nın 50 illiyi” nişanı ilə təltif olunmuşdur; “SSRİ Silahlı Qüvvələrinin 50 illiyi” yubiley medalı ilə təltif olunmuşdur.
1968 - “SSRİ Sərhəd Qoşunlarının 50 illiyi” yubiley nişanı ilə təltif olunub;
1969 - Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenimunda Mərkəzi Komitənin birinci katibi seçilib;
1970 - V.İ.Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı ilə təltif olunub;
1971 - “Lenin” ordeni ilə təltif olunub.
1973 - May ayının 8-də 50 illik yubileyi ilə əlaqədar SSRİ Ali Sovetinin fərmanı ilə “Lenin” ordeni ilə təltif edilib;
1975 - “1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi” yubiley medalı ilə təltif olunub;
1976 - “Lenin” ordeni ilə təltif olunub;
1978 - “SSRİ Silahlı Qüvvələrinin 60 illiyi” yubiley medalı ilə təltif olunmuşdur; - “Sosialist Əməyi Qəhrəmanı” fəxri adına layiq görülüb;
1979 - “Lenin” ordeni ilə təltif edilib;
1982 - Noyabr ayının 22-də Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilmiş və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib. “Oktyabr inqilabı” ordeni ilə təltif olunub. “Kiyevin 1500 illiyi” xatirə medalı ilə təltif olunub. “Georgi Dimitrovun anadan olmasının 100 illiyi” yubiley medalı ilə təltif olunub;


1983 - “Lenin” ordeni və Sosialist Əməyi Qəhrəmanının “Oraq və Çəkic” qızıl medalı təqdim edilmişdir.
1984 - “Komsomolsk-Amurun 50 illiyi” yubiley nişanı ilə təltif edilib. ÜİLKGİ MK-nın “60 il V.İ.Leninin adı ilə” fəxri nişanını alıb.Qırğızıstan SSR-in və Qırğızıstan Kommunist Partiyasının 60 illiyi” xatirə medalı verilib;

1985 - “25 il Patris Lumumba adına Xalqlar Dostluğu Universiteti” medalı ilə mükafatlandırılıb. “1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi” yubiley medalı ilə təltif edilib. “I dərəcəli Vətən müharibəsi” ordeni ilə təltif edilib;
1987 - Oktyabr ayında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və M.Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq tutduğu vəzifədən istefa verib;



1988 - “SSRİ Silahlı Qüvvələrinin 70 illiyi” yubiley medalı ilə təltif olunub;
1990 - Yanvar ayının 20-də Sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edib. Azərbaycan Ali Sovetinə deputat seçilib- İyul ayında Sovet İttifaqı Kommunist Partiyası sıralarını tərk edib;

1991 - Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilib;
1992 - Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib;
1993 - İyun ayının 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib. İyul ayının 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. Oktyabr ayının 3-də ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilib. 1997 - 27 martda Kiyevdə Ukraynanın ali mükafatı “Yaroslav Mudrı” ordeni ilə təltif olunub. Türkiyənin “Dövlət nişanı” ordeni ilə təltif olunub;
1998 - Oktyabrın 11-də xalqın yüksək fəallığı ilə keçirilən seçkilərdə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. Türkiyənin “Nərgiz TV” kanalının 1997-ci il üçün “Dünyada ilin adamı” mükafatını alıb. Bürc ulduzuna Heydər Əliyevin adının verilməsi haqqında Rusiyanın “Kosmos-Yer” Elmi-Texniki Mərkəzinin sertifikatı təqdim edilib. Beynəlxalq Kadr Akademiyası tərəfindən “Elm və təhsilin inkişafına görə” beynəlxalq ordenlə təltif edilib. Qazaxstanın “Astana” medalı ilə təltif olunub;



1999 - “Atatürk Sülh Mükafatı”na layiq görülüb. Gürcüstanın “Qızıl poçt” ordeninə layiq görülüb.
2001 - Rusiya Jurnalistlər İttifaqı tərəfindən marşal Jukov adına “Cəsurluğa və vətənə məhəbbətə görə” medalı ilə təltif olunub. Ukraynanın “Qloriya populi” Qızıl ulduzu ilə təltif olunub. Gürcüstan Respublikasının “Qızıl runo” ordeni ilə təltif olunub. Moskvanın və bütün Rusiyanın patriarxı II Aleksi 2001-ci ilin may ayında Bakıda işgüzar səfərdə olarkən Azərbaycan rəhbərinə Rus Pravoslav kilsəsinin “Birinci dərəcəli müqəddəs mömin Moskva knyazı Daniil ordeni” ilə təltif edib. Beynəlxalq Həvəskarlar Boks Assosiasiyasının vitse-prezidenti Emil Jeçev AJBA-nın xatirə medalını təqdim edib. Türkiyənin “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfi “Heydər Əliyev Kültür Mərkəzi”nin yaradılması haqqında qərar qəbul edib;

2002 - Rusiyanın “Müqəddəs Apostol Andrey Pervozvannı” ordeni ilə təltif olunmuşdur; - “Qızıl bayraq” fərqlənmə nişanı təqdim olunub. İhsan Doğramacı Fondunun “Beynəlxalq Qızıl Sülh” medalı təqdim olunub. Avropa Güləş Federasiyasının “Qızıl boyunbağı” fərqlənmə nişanı təqdim olunub;

2003 - Azərbaycanda ilin adamı mükafatına layiq görülüb. Rusiyanın “Beynəlxalq təhlükəzlik xidmətlərə görə” medalı ilə təltif olunub. Ukraynanın mədəniyyət ictimaiyyətinin təsis etdiyi “Şərəf” ordeni təqdim olunub. Uşaq Fondları Beynəlxalq Assosiasiyasının Lev Tolstoy adına beynəlxalq qızıl medalı ilə təltif olunub. Dekabr ayının 12-də ABŞ-ın Klivlend klinikasında vəfat etmiş, I Fəxri Xiyabanda dəfn edilib...Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər