Mehriban Əliyeva Fransa xalqına başsağlığı verib

Mehriban Əliyeva Fransa xalqına başsağlığı veribHeydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı, Milli Məclisin Azərbaycan-Fransa dostluq qrupunun sədri Mehriban Əliyeva Parisdə törədilmiş terror aktı nəticəsində çoxlu sayda insanın həlak olması ilə əlaqədar Fransa prezidenti Fransua Ollanda və Fransa xalqına başsağlığı verib.
Heydər Əliyev Fondundan Lent.az-a verilən məlumata görə, M. Əliyevanın məktubunda deyilir:

“Parisdə törədilmiş terror aktları nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca sarsıtdı. Demokratik dəyərləri, vətəndaşların hüquq və azadlıqlarını, xüsusən də günahsız insanları hədəfə alan terrorizm bütün bəşəriyyətə qarşı cinayətdir. Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Fransa xalqına dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər