“Apple” öz pulköçürmə sistemini yaradır

“Apple” öz pulköçürmə sistemini yaradır“Apple” korporasiyası istifadəçilərin smartfonla bir-birinə pul köçürməsinə imkan verəcək nağdsız ödəniş xidmətinin yaradılması üçün ABŞ bankları ilə danışıqlar aparır.

İKT.lent.az-ın “The Wall Street Journal” nəşrinə istinadən verdiyi məlumata görə, “Apple”ın planları gerçəkləşərsə, yeni xidmət müştərilərinə öz bank hesabından mobil yolla başqalarına pul köçürməyə imkan verən “Venmo” (PayPal) platformasına bənzəyəcək. “Venmo” xidməti gənc amerikalılar arasında populyardır, onlar mənzil kirayəsinin birgə ödənişi, hədiyyə almaq üçün vəsait yığımı məqsədilə bu xidmətdən istifadə edir. Hazırda ABŞ-da bu tip uzaqdan ödəniş xidmətlərinin istifadəçiləri az olsa da, onların sayı artır. “Apple”ın bu xidmətdən necə pul qazanacağı hələlik bəlli deyil, lakin bu addım onu göstərir ki, şirkət öz müştərilərinin “iPhone”dan gündəlik ehtiyacları üçün daha çox istifadə etməsinə çalışır. Bu, həm də bankların və digər strukturların vətəndaşları nağd ödəniş və çeklər vasitəsilə ödənişlərdən yayındırmaq siyasətinə uyğundur, belə ki, bu tip ödəniş qaydaları həm banklar, həm də vətəndaşlar üçün narahatlıq yaradır.

Yeni xidmət istifadəçilərin öz “Apple” cihazları vasitəsilə pul köçürə bilməsinə imkan yaradacaq. Xidmətin 2014-cü ildə mağazalarda nağdsız ödəniş və internet vasitəsilə alış üçün istifadəyə verdiyi “Apple Pay” mobil ödəniş sistemi ilə əlaqəli çalışacağı güman olunur.

Yeni xidmətin 2016-cı ildə istifadəyə veriləcəyi gözlənilir.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər