Əliyev Avropa və Mərkəzi Asiyada islahatçı üç prezidentdən biri necə oldu? - Faktlar...

Əliyev Avropa və Mərkəzi Asiyada islahatçı üç prezidentdən biri necə oldu? - Faktlar...















Müstəqil Azərbaycan dünya düzənində özünəməxsus mövqeyini daim möhkəmləndirir

Azərbaycan iqtisadiyyatı inklüziv iqtisadiyyat kimi səciyyələndirilir.

Başqa sözlə desək, prezident İlham Əliyevin nümayiş etdirdiyi siyasi iradəyə uyğun olaraq ölkəmizdə güclü iqtisadi inkişaf dərin məzmunlu sosial siyasətlə tamamlanır.

Dünya Bankı tərəfindən hazırlanan bu hesabatlarda Azərbaycan hər dəfə irəliyə doğru inamla yüksəlir. Əgər 2016-cı ildə Dünya Bankı tərəfindən hazırlanan "Doing Business 2017” hesabatında Azərbaycan 65-ci pillədə qərarlaşmışdısa, "Doing Business 2018” hesabatında 8 pillə yüksələrək 57-ci yerə qalxmışdı.

190 ölkənin biznes mühitini qiymətləndirən hesabata əsasən Azərbaycan Avropa və Mərkəzi Asiya regionu üzrə ən islahatçı 3 ölkədən biri sayılırdı.

Hesabatda Azərbaycan dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilərək ən çox islahat aparan ölkə elan olunub. Yeni hesabatda ölkəmizin mövqeyi 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, dünyanın bir çox ölkələrini geridə qoymaqla MDB ölkələri arasında lider mövqeyə yüksəlib.

Bu göstəricilər bir daha təsdiq edir ki, Azərbaycanda mövcud olan iqtisadi müstəqillik, təhlükəsizlik siyasi müstəqilliyin və genişmiqyaslı inkişafın təminatçısıdır.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 2015-ci ilin sonlarından başlayaraq neft qiymətlərinin aşağı düşməsinə baxmayaraq, Azərbaycanda aparılan islahatlar daha da dərinləşib və mahiyyətcə yeni xarakter kəsb edib.

İqtisadi islahatlar nəticəsində ölkədə maliyyə sabitliyi və iqtisadi artım bərpa olunub, bir çox sahələrdə, xüsusilə kənd təsərrüfatı, qeyri-neft sənayesi və digər sektorlarda əhəmiyyətli irəliləyiş əldə edilib.

Bu gün Azərbaycanda düşünülmüş sosial-iqtisadi siyasət aparılır. Əlbəttə, bu, bir həqiqətdir ki, dövlətin qarşıya qoyduğu bütün planların həyata keçirilməsi üçün iqtisadiyyat uğurla inkişaf etməli və bu istiqamətdə ardıcıl addımlar atılmalıdır.

İlham Əliyevin söylədiyi kimi, əgər bu gün Azərbaycanın güclü iqtisadi imkanları olmasaydı, sosial-iqtisadi layihələrin heç birini reallaşdırmaq mümkün olmazdı. Lakin ölkəmizdə heç bir sosial layihə indiyədək təxirə salınmayıb.

Azərbaycan iqtisadi cəhətdən heç bir ölkədən, beynəlxalq təşkilatdan asılı deyil. Bu da ölkənin tarixi nailiyyətidir.

Həyata keçirilən uğurlu iqtisadi islahatlar, reallaşan sosial-iqtisadi layihələr onu deməyə əsas verir ki, növbəti illərdə açıqlanacaq beynəlxalq hesabatlarda ölkəmizin mövqeyi daha da yaxşılaşacaq, Azərbaycan liderliyini qoruyub saxlayacaq.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər