Elxan Məmmədovdan Elmar Qasımova CAVAB

Elxan Məmmədovdan Elmar Qasımova CAVAB















Cüdo üzrə dünya çempionu Elxan Məmmədov “CBC Sport” telekanalında Əminə Kazımovanın müəllifi və aparıcısı olduğu “İmza” verilişində şəxsi həyatı və karyerası barədə maraqlı fikirlər səsləndirib.

“Ölkə.Az”-ın məlumatına görə, 2013-cü ildə milli komandadan uzaqlaşdırıldığı üçün ölkədən getmək fikrinə düşdüyünü açıqlayan məşhur idmançı Cüdo Federasiyasının keçmiş katibi Elxan Camalxanov vasitəsilə baş məşqçi Zezenbayerdən bir şans istədiyini etiraf edib:

“Məhz həmin şansdan istifadə edərək 31 yaşımda dünya, 35 yaşımda Avropa çempionu oldum”.

36 yaşlı Məmmədov 2017-ci ildə həmkarı, Rio Olimpiadasının gümüş mükafatçısı Elmar Qasımova uduzduqdan sonra rəqibinin “mən Azərbaycanda bir nömrəyəm” deyə bağırmasına da münasibət bildirib:
“Həmin hərəkətlə o, kim olduğunu göstərdi. Halbuki ondan əvvəl də mən Elmara qalib gəlmişdim və o cür davranmamışdım. O zaman da mən kim olduğumu göstərmişdim. Bu barədə Elmarın özünə də fikrimi bildirmişəm”.

Hazırda cüdo millimizdə məşqçi vəzifəsində çalışan veteran idmançı 2020-ci ildə Tokioda keçiriləcək olimpiadada birincilik qazanaraq karyerasını yekunlaşdırmaq istədiyini dilə gətirib.

Qeyd edək ki, Elxan Məmmədov müstəqil Azərbaycanın cüdo üzrə ilk və yeganə dünya çempionudur.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər