Bakıda qaz sayğaclarına müdaxilə edən şəxs saxlanılıb – FOTO

Bakıda qaz sayğaclarına müdaxilə edən şəxs saxlanılıb – FOTO














Paytaxtın Xəzər rayonu ərazisindən ayrı-ayrı vaxtlarda evlərdən qaz sayğacları oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Mütəllim Əliyev saxlanılıb. Tutulan zaman M.Əliyevdən narkotik vasitə olan heroin də aşkar edilərək götürülüb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Aparılan araşdırmalarla M.Əliyevin sentyabr ayından oktyabrın 22-dək olan müddətdə rayon ərazisində 12 həyətyanı sahədən qaz sayğaclarını oğurlaması müəyyən edilib.
Saxlanılan şəxs ifadəsində oğurladığı sayğacları sərfiyyatın azaldılması üçün qaz sayğaclarına müdaxilə edən ayrı-ayrı şəxslərin evlərində qeyri-qanuni yolla quraşdırdığı bildirib.

Bu işin müqabilində M.Əliyev həmin ev sahiblərindən müxtəlif məbləğlərdə pul alıb. Saxlanılan şəxs həmçinin ona müraciət edən şəxslərin işlək vəziyyətdə olan qaz sayğaclarına da pul müqabilində sərfiyyatın azaldılması üçün qanunsuz müdaxilələr etdiyini etiraf edib.

Qeyd edilən cinayətləri törətməkdə şübhəli bilinən M.Əliyevin saxlanılan zaman ondan oğurladığı sayğacların bir neçəsi də maddi sübut kimi aşkar olunaraq götürülüb.
Araşdırma zamanı həmçinin saxlanılan şəxsin bir neçə il bundan əvvəl qaz xəttlərinin çəkilişi ilə məşğul olan pordatçı şirkətlərdən birində çalışdığı da məlum olub.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, M.Əliyevdən qanunsuz olaraq oğurluq qaz sayğacları alan, həmçinin onun vasitəsi ilə sayğaclara müdaxilə edərək dövlətə ziyan vuran vətəndaşların da şəxsiyyətlərinin müəyyən edilərək məsuluiyyətə cəlb olunmaları istiqamətində istintaq və əməliyyat tədbirləri davam etdirilir.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər