Beyləqan DSMF-də özbaşınalıq Anar Vəliyev pensiya maxinasiyaları ilə dövlət büdcəsini talayır

Beyləqan DSMF-də özbaşınalıq Anar Vəliyev pensiya maxinasiyaları ilə dövlət büdcəsini talayır










Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Beyləqan rayonunda fəaliyyət göstərən DSMF şöbəsində bir sıra ciddi nöqsanlar mövcud olduğundan rayon camaatı sözügedən idarənin rəhbərindən narazıdırlar. Qeyd olunur ki, DSMF-nin Beyləqan rayon şöbəsinin müdiri (birləmiş idarənin) Anar Vəliyev işinin öhdəsindən layiqincə gələ bilmədiyindən rayon sakinləri müavinat alarkən süni əngəllərlə qarşılaşmalı olurlar.

Anar Vəliyevin rəhbərlik etdiyi şöbədə vətəndaşların səbəbsiz yerə get-gələ salındığını, əhalinin incidilərək, haqlı-haqsız onlardan nələrsə istənildiyini qeyd edən şikayətçilər iddia edirlər ki, artıq oğuzlular DSMF-nin yerli şöbəsinə olan inamlarını tamamilə itirmək üzrədirlər: "Heç bir sənədə və iqtisadi göstəriciyə əsaslanmadan, ödənişlərin tətbiq edilməsi, əhaliyə zəhmli məktubların göndərilməsi, cərimə sanksiyalarının tətbiq olunması artıq DSMF Beyləqan rayon şöbəsində adi hal alıb.

Şikayətçilərin sözlərinə görə, rayonda ali savadlı, peşəkar kadrlar ixtisasları üzrə iş tapa bilməsələr də DSMF-nin Beyləqan rayon şöbəsinin müdiri Anar Vəliyevin yaxın adamları bacarığı oldu-olmadı müxtəlif nüfuzlu işlərlə təmin olunublar: "Anar Vəliyev camaatın problemlərini həll etmək əvəzinə əhali üçün yeni-yeni qayğılar yaradır. Lakin bütün bunlara baxmayaraq, nədənsə heç kim ona irad tutmur, yol verdiyi nöqsanlara reaksiya vermir”.Anar Vəliyevin Dövlət Sosial Müdafiə Fondunun rəhbərliyində təmsil olunan bəzi şəxslər tərəfindən himayə olunduğunu vurğulayan rayon sakinləri şöbə müdirinin bəzi əməllərinin ört-basdır edildiyini bildirirlər: "Əmək və Əhalinin Sosial Nazirliyi rəhbərliyində Beyləqan DSMF şöbəsində baş verən qaranlıq maxinasiyaları ört-basdır edənlər varAnar Vəliyevin əsas gəlirlərindən biridə Beyləqan rayonunda fəaliyyət göstərən şadlıq evləri, ticarət mağazaları və kiçik tipli obyektlərdən qazandığı pullardı. Həmin ilginc məlumatları yaxın günlərdə oxucularımıza təqdim edəcəyik.
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq…
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər