Prezident tapşırıq verdi: Məmurların vətəndaş qəbulunda yenilik

Prezident tapşırıq verdi: Məmurların vətəndaş qəbulunda yenilik















Prezidenti İlham Əliyevin tapşırığına əsasən, bir neçə ildir Bakı şəhərində və regionlarda mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri mütəmadi olaraq vətəndaşlarla qəbul keçirirlər.

Ölkə başçısının göstərişi ilə regionlarda və paytaxt Bakıda hər bir icra başçısı ayda bir neçə dəfə sakinlərlə onlara daha yaxın ərazilərdə görüşlər keçirməlidir.

Görüşdə icra başçısı, müavinlər, şöbə müdirləri, digər məsul işçilər, hüquq-mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərləri də iştirak edirlər.

Dövlət başçısının tapşırığı ilə səyyar qəbulu zamanı icra başçısı rayon idarələrinin rəhbərləri ilə birlikdə əhalini narahat edən sosial problemlərin həllinə nail olmaq üçün, narahatlıq doğuran məsələləri, vətəndaşların istək və arzularını öyrənirlər.

Modern.az xəbər verir ki, artıq bu görüşlərlə bağlı yenilik edilib. Belə ki, prezidentin göstərişi ilə hər bir rayon və şəhərdə sakinlərlə görüşə icra başçı ilə yanaşı, Prezident Administrasiyasından bir nümyəndə də qatılır.

Qeyd edilir ki, bu yenilik görüş zamanı sakinlərin qaldırdığı problemləri birbaşa Prezident Administrasiyasına çatdırmağa və qaldırılan məsələnin tez bir zamanda həllinə nail olmağa şərait yaradacaq.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər