“İlham Əliyev hörmətli ailədə doğulub” — Rusiya mətbuatı

“İlham Əliyev hörmətli ailədə doğulub” — Rusiya mətbuatı














Rusiyanın “News.ru” internet nəşri Azərbaycan Prezidenti İlham Əliyevə həsr olunmuş məqalə dərc edib.
AzərTac xəbər verir ki, “News.ru” postsovet məkanının dövlət başçıları haqqında silsilə məqalələr dərc edir. Portal yazır ki, ölkə rəhbərləri tərəfindən qəbul edilən qərarlar adətən təkcə obyektiv vəziyyətdən deyil, həm də dövlət başçısının şəxsiyyətindən – onun tərbiyəsindən, dünya görüşündən, dəyərlərindən asılı olur. Bundan əvvəlki materiallar Ukrayna, Belarus, Qazaxıstan, Moldova, Özbəkistan, Türkmənistan və Tacikistanın dövlət başçılarına həsr edilib.

Məqalədə qeyd olunur ki, Azərbaycanın paytaxtı Bakı şəhərində, çox hörmətli ailədə doğulan İlham Əliyev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu (MDBMİ) bitirib. 2003-cü ildə İlham Əliyev Azərbaycan Prezidenti seçilib. Daha sonra ölkə vətəndaşları 3 dəfə ardıcıl olaraq ona respublikaya rəhbərliyi etibar ediblər.
Məqalədə Azərbaycan Prezident İlham Əliyevin, həmçinin birinci xanım Mehriban Əliyevanın həyatından digər maraqlı faktlar da yer alıb.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər