Bakı yenə toza büründü – Bu ölkədən gəlir

Bakı yenə toza büründü – Bu ölkədən gəlir














Azərbaycan ərazisində toz-dumanı müşahidə olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentindən Minval.İnfo-ya verilən məlumata görə, departamentin mütəxəssislərinin apardığı monitorinqlərin nəticələrinə əsasən sentyabrın 5-ində ölkə ərazisində havada olan tozun miqdarının sanitar normadan artıq olduğu məlum olub. Buna səbəb ölkə ərazisinə cənub-şərq hava axınları vasitəsilə Türkmənistandan toz-dumanının daxil olmasıdır.

Havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə saat 15:00-da Bakı və Abşeron yarımadasında tozun miqdarının sanitar normadan 3,6 dəfə yuxarı olduğu qeydə alınıb.

Meteoroloji proqnoza əsasən tozlu hava şəraitinin sabah günün birinci yarısınadək davam edəcəyi gözlənilir.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər