Messi: “Ronaldunun…”

Messi: “Ronaldunun…”














“Barselona”nın hücumçusu Lionel Messi forvard Kriştiano Ronaldunun “Real”dan Turinin “Yuventus” klubuna keçidinə həqiqətən təəccübləndiyini etiraf edib.

“Report” xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri yazıb.

“Düzünü desəm, Kriştianonun “Real”ı tərk edəcəyini gözləmirdim. Madridlilər Ronaldunun gedişi ilə çox şey itirdilər. Mən bir çox klubun ona maraq göstərdiyini eşitmişdim, lakin “Yuventus” ən az ehtimal olunan variant kimi görünürdü. Mən həqiqətən təəccübləndim, ancaq turinlilərin çox yaxşı komandası var.

Əlbəttə, “Real”da başqa yaxşı oyunçular da var və klub bütün titullar uğrunda mübarizəni davam etdirəcək. Ronaldusuz onlara çətin olacaq, “Yuventus” isə Avropa çempionlar kuboku uğrunda mübarizədə aşkar favorit olacaq”, — deyə “Mundo Deportivo” Messinin sözlərini sitat gətirib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər