İlqar Nəzərov: Ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra xalqımıza qarşı törədilmiş soyqırımılara hüquqi-siyasi qiymət verilib

İlqar Nəzərov: Ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra xalqımıza qarşı törədilmiş soyqırımılara hüquqi-siyasi qiymət verilib


“Şərq” İstehsalat Birliyinin direktoru İlqar Nəzərov - Tarix boyu təcavüzkar siyasət yeridən, qanlı əməllərindən dönməyən, “Dənizdən-dənizə böyük Ermənistan” yaratmaq xülyasından əl çəkməyən ermənilər zaman-zaman xalqımızı soyqırıma məruz qoymuş, havadarlarının hərtərəfli köməyi ilə əzəli torpaqlarımızı almağı özlərinin məqsədlərinə çevirmişlər. Təkcə ötən əsrdə Azərbaycan xalqı dörd dəfə (1905-1907, 1918-1920, 1948-1953, 1988-1993-cü illərdə) erməni millətçiləri tərəfindən hüquqlarının pozulması, qeyri-insani rəftarla, insan ləyaqətini alçaldan hərəkətlərlə müşayiət olunan soyqırımına və deportasiyaya məruz qalmışdır.

Mart soyqırımında “Daşnaksutyun” partiyasının iştirakı danılmazdır. 1918-ci il martın 31-də Bakı şəhərində azərbaycanlıların kütləvi qırğınına başlanılmışdır.Mart günlərindəki qırğınlar zamanı ermənilər üç gün ərzində Bakıda 12 min soydaşımızı vəhşicəsinə qətlə yetirmişlər. Sonrakı günlərdə Bakı və Gəncə quberniyalarında, Quba, Xaçmaz, Şamaxı, Lənkəran, Muğan, Göyçay qəzalarında və digər bölgələrdə də ermənilər tərəfindən qanlı faciələr törədilmişdir. Mart hadisələri zamanı yüzlərlə şəhərimiz və kəndimiz, o cümlədən Qarabağ ərazisində azərbaycanlıların yaşadıqları 150-dən çox kənd xarabalığa çevrilmiş, Şuşada görünməmiş qırğınlar törədilmişdir. 50 mindən çox soydaşımız, o cümlədən Bakıda 30 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, məscidlər, məktəblər yandırılmış və dağıdılmışdır. Təkcə Zəngəzurda 115, İrəvan quberniyasında isə 211 kənd xarabalığa çevrilmiş, əhalisi misli görünməmiş amansızlıqla qətlə yetirilmişdir.

Ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra bu məsələyə prinsipial yanaşma nümayiş etdirilmiş, erməni millətçilərinin xalqımıza qarşı illərlə yürütdüyü soyqırımı və deportasiya siyasətinin mahiyyəti bütünlüklə açıqlanmış və ifşa olunmuşdur. Ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli fərmanı ilə xalqımıza qarşı törədilmiş ağır cinayətlərə hüquqi-siyasi qiymət verilmişdir.

Ermənilərin xalqımıza qarşı törətdiyi 31 Mart soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya yayılması işi ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə başlanılmışdır. Bu gün isə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə erməni təcavüzünün nəticələrinin aradan qaldırılması, respublikamızın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması, aparıcı dünya dövlətləri və nüfuzlu beynəlxalq dairələr tərəfindən ölkəmizin ədalətli mövqeyinin etiraf olunması və müdafiəsi istiqamətində ardıcıl və məqsədyönlü işlər görülür. Dövlət başçısı cənab İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli “Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında” sərəncamı bu istiqamətdə mühüm addımlardan biridir. Erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Prezident İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalamışdır. Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində gerçəkləşdirdiyi mühüm layihələr xüsusi qeyd edilməlidir.

Hər bir millətin tarixində faciələr, qırğınlarla dolu səhifələr mövcuddur, lakin xalq o zaman gələcəyə inamla irəliləyir, o zaman qüdrətli, güclü olur ki, ulu öndər Heydər Əliyevin də qeyd etdiyi kimi, tarixi hadisələrə biganə yanaşmasın, faciələrdən nəticə çıxarmağı bacarsın. Bu kimi faciələrin gələcək nəslin yaddaşından silinməməsi məqsədilə ölkədə faciələrimizi əks etdirən abidələr ucalır. Tariximizi unutmamaq məqsədilə bu gün Göyçayda da “Azərbaycanlıların soyqırımı” abidə kompleksi yaradılmış və kompleksdə həm 31 mart-Azərbaycanlıların soyqırımı və həm də 26 fevral Xocalı soyqırımı günlərində baş vermiş faciənin fotoları, hadisə qurbanlarının, şəhidlərin, yaralanmış insanların sayı barədə qısa məlumat öz əksini tapmışdır.

"İqlim" elm-istehsalat müəssisəsində yeni istehsal sahələri ölkənin müdafiə sənayesinin inkişafına dövlət qayğısının əyani nümunəsidir. Son illər Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələrdə aparılan yenidənqurma və əsaslı təmir, eləcə də quraşdırılan modern avadanlıq və tətbiq edilən yeni texnologiya hesabına ən müasir standartlara cavab verən müdafiə təyinatlı məhsulların istehsalı genişləndirilmişdir.

İlqar Nəzərov - “Şərq” İstehsalat Birliyinin müəssisə və zavodlarında istehsal olunan 14 adda məmulat 10-dan artıq ölkəyə ixrac edilib. Son ildə ixrac edilmiş məhsulların həcmi əvvəlki illərlə müqayisdə bir neçə dəfə artıb.

“Bu günə qədər müdafiə təyinatlı məhsulları yaradılması və istehsalı məqsədilə aparılan tikinti və yenidənqurma işləri nəticəsində Birliyin müəssisə və zavodlarında 35 istehsal sahəsi yaradılıb. İstehsal sahələrində onlarla müasir texnologiya və 780-dən artıq müxtəlif proqram təyinatı hazırlanaraq quraşdırılıb. Birliyin müəssisə və zavodlarında Azərbaycan Silahlı Qüvvələri və güc strukturlarının müxtəlif növ silah və döyüş sursatlarına olan tələbatının tam təmin etmək imkanına malik istehsal sahələri yaradılaraq istifadəyə verilib”

“Şərq” İstehsalat Birliyinin zavod və müəssisələrində yeni innovasiya və texnologiyların tətbiqi nəticəsində istehsalatın proqram və idarə olunan bütün məhsullarının keyfiyyəti artırılıb: “İstehsal prosesinin 60 faizindən çoxu bu mərkəzin üzərinə düşür. Alınan nəticələr gözlənildiyindən də yüksək olub. Bu sahələrdə istehsal həcminin dəfələrlə artırılması imkanı əldə olunub. Gələcəkdə bu sahədə istehsalın daha da yüksək olmasına təkan verəcəkdir. Xüsusi qeyd etmək istərdim ki, bu sahədə işləyən işçilərin 90 faizindən çoxu gənclərdir”.

“Şərq” İstehsalat Birliyində Azərbaycanda ilk dəfə olaraq, həssas tökümə sahəsinin yaradılması işləri aparılır: “Bu sahəyə aid bütün avadanlıqlar alınaraq, gətirilib. Ümumi sahəsi 1500 kv.m olan sahədə tikinti quraşdırma işləri başa çatmaq üzrədir. 2020-ci ildə bu sahədə seriyalı istehalın başlaması üzrə işlər aparılacaq. Müəssisələrimizdə istehsal olunan məhsulun keyfiyyəti beynəxalq standartlara cavab verməsi üçün ciddi işlər aparılır. Birliyin tabeliyində olan müəssisələrin məhsulları İSO-90012015 sistemi ilə sertifikatlaşdırılıb. Birlikdə aparılan məqsədyönlü işlət nəticəsində cari ildə istehsal olunan müdafiə təyinatlı məhsulların istehsal həcmi 2007-ci illə müqayisədə 17 dəfə artıb. Çeşidlərin sayı 21 dəfə, işçilərin sayı isə 752 nəfərə qədər artıb”.


Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, “Şərq” İstehsalat Birliyinin direktoru İlqar Nəzərovdur.

“Şərq” İstehsalat Birliyinin direktoru İlqar Nəzərov vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən insandır.

İlqar Nəzərov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

İlqar Nəzərov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun “Şərq” İstehsalat Birliyinin direktoru kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər