"Kukesi" klubunun baş məşqçisi: "Qarabağ" komanda şəklində qalib gəldi

"Kukesi" klubunun baş məşqçisi: "Qarabağ" komanda şəklində qalib gəldi















Albaniyanın "Kukesi" klubunun baş məşqçisi Armando Kunqu Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda "Qarabağ"a 0:3 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransı keçirib.
"Report" xəbər verir ki, o, jurnalistlərin suallarını cavablandırıb:

- Böyükhesablı məğlubiyyətdə həlledici nə oldu? "Qarabağ"ın hücumçusu Emeqaranın ustalıq səviyyəsi, yoxsa...

- Rəqibdə hər hansı futbolçunu fərqləndirməzdim. Xüsusilə də Emeqaranı. Etiraf etmək lazımdı ki, komandalar arasında səviyyə fərqi böyükdü. "Qarabağ"da yüksək səviyyəli futbolçular çoxdur. Bu gün "Qarabağ" komanda şəklində qalib gəldi, bir futbolçunun ustalığı ilə yox.
- Mübarizəni Avropa Liqaısnda davam etdirəcəkdiniz. Bu turnirdə nəyə ümid edirsiniz?

- Bunun üçün rəqibimizin kimliyini bilıməliyik. Bundan başqa, daha bir problemimzi var. Çünki hələ sabah yola düşəcəyik. Həmin matça Albaniyada hazırlaşmağa cəmi gün vaxtımız olacaq. Buna görə də Avroliqa haqda indi bir şeyə deyə bilmərəm.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər