Azərbaycanda dəhşətli qəza — Bir ailənin 3 üzvü öldü + YENİLƏNİB

Azərbaycanda dəhşətli qəza — Bir ailənin 3 üzvü öldü + YENİLƏNİB















Hacıqabul rayonunda yük avtomobili ilə minik maşının toqquşması nəticəsində ölənlərin və yaralananların kimliyi məlum olub.
"Report"a istinadən məlumatına görə, qəza nəticəsində Rizav Əlizadə, Samayə Əliyeva və Xatirə Əliyeva ölüblər.

Müşviq Əliyev, Əliqardaş Əlizadə, Nərmin Əlizadə və Ömər Əlizadə isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Ölənlər və yaralananlar bir-birinə qohumdurlar.

Məlumata görə, yüksək sürətlə hərəkət edən BMW markalı avtomobil "KamAZ" markalı yük avtomobilinin arxasına çırpılıb. Ölənlərdən ikisi hadisə yerində, biri isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Xəstəxanaya yerləşdirilən yaralıların ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

***
Hacıqabul rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-ya istinadən verdiyi xəbərə görə, Bakı-Qazax avtomobil yolunun , rayonun Qarasu kəndi ərazisindən keçən hissəsində 90-MH-552 dövlət nömrə nişanlı BMW markalı minik avtomobili 20-CR-905 dövlət nömrə nişanlı KamAZ markalı yük avtomobilinə arxadan çırpılıb.

Qəza nəticəsində minik avtomobilində olan sərnişinlərdən 3 nəfər ölüb, 4-ü xəsarət alıb. Ölənlərdən ikisi qadın, biri isə yeniyetmə oğlan olub. Qəza zamanı xəsarət alanlar Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Hadisə nəticəsində həlak olan və xəsarət alanlar bir ailənin üzvü olub.

Faktla bağlı araşdırma aparılır.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər