Hökumət gömrüklə bağlı dəyişiklik etdi - Ölkəyə gətirilən avtomobilərlə bağlı yeni QAYDALAR

Hökumət gömrüklə bağlı dəyişiklik etdi - Ölkəyə gətirilən avtomobilərlə bağlı yeni QAYDALAR














Nazirlər Kabineti "Gömrük nəzarətinin həyata keçirilməsi Qaydaları”nda dəyişiklik edib.


Qüvvədə olan Qaydalara əsasən nəqliyyat vasitələri gömrük nəzarəti zonasına faktiki daxil olmazdan əvvəl gömrük orqanlarında ilkin məlumatların qeydiyyatının aparılması məqsədi ilə fiziki və ya hüquqi şəxslər tərəfindən Gömrük Məcəlləsində nəzərdə tutulmuş qaydada mallara və nəqliyyat vasitələrinə dair ilkin məlumatlar təqdim oluna bilərdi.

Dəyişikliyə əsasən isə bundan sonra nəqliyyat vasitələri gömrük nəzarəti zonasına faktiki daxil olmazdan əvvəl gömrük orqanlarında ilkin məlumatların qeydiyyatının aparılması məqsədi ilə fiziki və ya hüquqi şəxslər tərəfindən Gömrük Məcəlləsində nəzərdə tutulmuş məlumatlar təqdim edilməlidir. Artıq mütləq qaydada təqdim edilməli olan məlumatlar isə aşağıdakılardır:

- nəqliyyat vasitəsinin gömrük ərazisinə gözlənilən daxilolma vaxtı;
- nəqliyyat vasitəsinin hərəkət istiqamətləri və marşrutları;
- nəqliyyat vasitəsinin heyəti və sərnişinləri;
- təyinatından və gətirilmə məqsədlərindən asılı olmayaraq, gömrük ərazisində boşaldılacaq yük;
-. mövcud olduqda, gömrük ərazisində boşaldılması nəzərdə tutulmayan yük;
- nəqliyyat vasitəsinin daxil olacağı gömrük sahəsi.

Qeyd edək ki, Nazirlər Kabineti "Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 962-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 yanvar tarixli sərəncamının icrasını təmin etmək məqsədi ilə belə bir qərar qəbul edib. Gömrük Məcəlləsinə edilən həmin dəyişiklikdə də yuxarıda qeyd olunan məlumatların mütləq gömrük ərazisinə daxil olması nəzərdə tutulan nəqliyyat vasitəsinə görə məsul şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və formada (o cümlədən, elektron formada) gömrük orqanlarına əvvəlcədən təqdim olunması əksini tapıb.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər