“Qiyamət günü təyyarəsi” ilə tanış olun! - FOTO

“Qiyamət günü təyyarəsi” ilə tanış olun! - FOTO















"Qiyamət günü təyyarəsi” olaraq tanınan "E-4B Nightwatch” tipli təyyarəni sınaqdan keçirib.

ABŞ Hava Qüvvələrinin xidmətində olan təyyarə Rusiya ilə ABŞ arasında Suriya mövzusunda yaranan gərginlikdən sonra yenidən gündəmə gətirilib.

Bu təyyarənin bir sıra texnoloji üstünlükləri var. Ən böyük xüsusiyyəti nüvə müharibəsi baş verərsə, hərbi kontrol mərkəzi olaraq istifadə edilə biləcək olmasıdır. Yəni, "E-4B Nightwatch” ABŞ prezidenti və komandanların havadakı "müharibə otağı”dır.

Belə ki, təyyarə hər hansı bir nüvə hücumundan zərər görməyəcək şəkildə hazırlanıb. Bundan başqa təyyarənin elektromaqnit hücumundan da qoruna biləcəyi deyilir. 112 sərnişin daşıya bilən təyyarənin 1 həftə havada qalması mümkündür.


“Qiyamət günü təyyarəsi” ilə tanış olun! - FOTOБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər