İlin əvvəlindən Gürcüstandan Azərbaycana 23,2 milyon dollarlıq kənd təsərrüfatı məhsulları ixrac olunub

İlin əvvəlindən Gürcüstandan Azərbaycana 23,2 milyon dollarlıq kənd təsərrüfatı məhsulları ixrac olunub















Gürcüstan bu il kənd təsərrüfatı məhsullarının ixracını 35 faiz artırıb.
"Report"xəbər verir ki, ölkə cari il aprelin 1-dək 207,5 milyon dollarlıq kənd təsərrüfatı məhsulları ixrac edib.

Gürcüstanın Ətraf Mühit və Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumatda deyilir ki, bu da 2017-ci ilin birinci rübü ilə müqayisədə 34,7 faiz çoxdur. 2017-ci ilin ilk 3 ayında Gürcüstan 154 milyon dollar həcmində kənd təsərrüfatı məhsulları ixrac edib.

Hesabat dövründə Gürcüstandan Azərbaycana 23,2 milyon dollarlıq kənd təsərrüfatı məhsulları ixrac olunub.
Həmin dövrdə Gürcüstandan Rusiyaya 52,2 milyon dollar, Avropa İttifaqına 42,6 milyon, Türkiyəyə 22,2 milyon, Ukraynaya 16,5 milyon, Qazaxıstana isə 11,1 milyon dollar məbləğində mal ixrac edib.

Hesabat dövründə Gürcüstan xarici ölkələrə əsasən xalis üzüm şərabı (41,9 milyon dollar), mineral və saf bulaq suyu (32,3 milyon dollar), spirtli içkilər (28,5 milyon dollar) və qoz və fındıq (18,6 milyon dollar) ixrac edib.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər