Bakıda II Alman-Azərbaycan Neyroradioloji simpoziumu keçiriləcək

Bakıda II Alman-Azərbaycan Neyroradioloji simpoziumu keçiriləcək













27 və 28 Aprel 2018-ci ildə Bakıda Heydər Əliyevin anadan olmasının 95-ci il dönümünə həsr edilmiş 2-ci Alman-Azərbaycan neyroradioloji simpoziumu keçiriləcək. Adı çəkilən tədbir Almaniyanın Köln Universitet Klinikasında həkim radioloq kimi çalışan gənc həmyerlimiz tibb elmləri doktoru Nuran Abdullayevin böyük təşəbbüsü ilə həyata keçirilir. Tədbirdə Almaniyanın Aachen Universitet Klinikasında eksperimental neyroradiologiyanın rəhbəri Prof. Dr. med. Anastasios Mpotsaris, Bremen Klinikasında nevroloji klinikanın direktoru Prof. Dr. med. Andreas Kastrup və neyroradiologiyanın direktoru Priv.-Doz. Dr. med. Panagiotis Papanagiotou, Goettingen Universitet Klinikasının neyroradioloji klinikasının şöbə müdiri Dr. med. Volker Maus, Köln Universitet Klinikasının Radiologiya və Neyroradiologiya institutunun həkim radioloqu Dr. med. Nuran Abdullyev və Stuttgart Klinikasının həkim radioloqu Dr. med. Babak Rostamzadeh çıxış edəcəklər. Simpoziumun prezidentliyi bu il Almaniya tərəfindən Prof. Dr. med. Anastasios Mpotsarisə və Azərbaycan tərəfindən isə Professor Rəna Şirəliyevaya həvalə edilib.

Simpoziumda bu il də keçən il olduğu kimi Azərbaycanda qurulması vacib olan STROKE mərkəz və onun təşkili haqqında Almaniyadan dəvət alan qonaqlar söhbət açacaqlar. Bundan başqa beyin damarlarının anevrizmasında bu günə qədər Azərbaycanda icra olunmayan müalicə metodlarınnan çıxışlar olacaq.

Simpoziumun ikinci günü aprelin 28-i Azərbaycanda ilk dəfə olaraq Zəfəran Hospitalda Prof. Dr. med. Anastasios Mpotsaris, Dr. med. Volker Maus və Dr. med. Nuran Abdullayevin rəhbərliyi ilə Stroke xəstələrində icra olunan trombektomiya əməliyyatının model üzərində workshop-u keçiriləcəkdir.

Tədbir Aprel ayının 27-i saat 09:00-da Fəxri xiyabanda ulu öndərimiz Heydər Əliyevin məzarını ziyarətlə başlayacaq və Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında saat 10:30 dan etibarən davam edəcək.


Bakıda II Alman-Azərbaycan Neyroradioloji simpoziumu keçiriləcək
Bakıda II Alman-Azərbaycan Neyroradioloji simpoziumu keçiriləcəkБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər