Türkiyədə dəhşətli qəza — 17 ölü, 36 yaralı

Türkiyədə dəhşətli qəza — 17 ölü, 36 yaralı















Türkiyənin İğdır vilayətində qanunsuz miqrantları daşıyan mikroavtobus işıq dirəyinə çırpılıb.
“Ölkə.Az” xəbər verir ki, qəzadan sonra mikroavtobus alovlanıb. İnsident nəticəsində 17 nəfər həlak olub, 36 nəfər yaralanıb.

Əldə edilən məlumata görə miqrantlar Əfqanıstan və Pakistan vətəndaşları olub. İğdır-Qars yolu ilə hərəkət edən mikroavtobus qəzaya uğrayıb.

Əraziyə polis, təcili tibbi yardım və yanğından mühafizə briqadaları cəlb edilib. 25 nəfər xəstəxanalara yerləşdirilib. Onlardan bəzilərinin vəziyyəti ciddidir.
Məlum olub ki, 14 nəfərlik mikroavtobusa 50 sərnişin mindirilib.
Türkiyədə dəhşətli qəza — 17 ölü, 36 yaralı
Türkiyədə dəhşətli qəza — 17 ölü, 36 yaralı
Türkiyədə dəhşətli qəza — 17 ölü, 36 yaralı
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər