Raqub Həsənov: Ölkə Prezidenti İlham Əliyevin uğurlu daxili siyasəti sayəsində qazanılan nailiyyətlərin sırasında yollarımızın inkişafı önəmli yer tutur

Raqub Həsənov: Ölkə Prezidenti İlham Əliyevin uğurlu daxili siyasəti sayəsində qazanılan nailiyyətlərin sırasında  yollarımızın inkişafı önəmli yer tutur









Lənkəran şəhər 7 saylı yol MMC-nin müdiri Raqub Həsənov - Son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə həyatının bütün sahələri ilə yanaşı, yol təsərrüfatının sistemli və hərtərəfli inkişafı istiqamətində də mühüm tədbirlər həyata keçirilir. Dövlət başçısı tərəfindən mütəmadi olaraq imzalanmış sərəncamlar sözügedən sahənin daha da yeniləşdirilməsi üçün geniş imkanlar yaradır. Məhz bunun nəticəsidir ki, son illər bu sahədə infrastruktur imkanları getdikcə artır, ölkəmizin avtomobil yolları dünya standartlarına uyğunlaşdırılır.

Ölkəmizdə yol infrastrukturunun yenidən qurulması, yeni yolların salınması, mövcud yolların isə əsaslı şəkildə yenidən qurulması ilə bağlı layihələr 2018-ci ildə də uğurla davam etdirilir.

Prezidentin birbaşa göstərişi ilə 2016, 2017 və 2018-ci illərdə tikintisinə başlanılmış kəndlərarası avtomobil yollarının inşasının başa çatdırılması, habelə Bakı şəhəri və qəsəbələrində avtomobil yollarının tikintisi və yenidən qurulmasının davam etdirilməsi 2016-cı ildən etibarən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə həvalə edilmişdir və bu, bizə göstərilən çox böyük etimaddır. Bu etimada cavab olaraq biz yol infrastrukturunu dəyişmək, müasir tipli yollar çəkmək üçün var qüvvəmizi əsirgəmirik.

Hazırda ölkəmizin yol infras-trukturunun yenidən qurulması və təkmilləşdirilməsi istiqamətində dövlət büdcəsindən əsaslı vəsait qoyuluşları ilə yanaşı, beynəlxalq maliyyə institutlarından və digər kreditor qurumlardan cəlb olunan kreditlər hesabına irimiqyaslı layihələr həyata keçirilir. “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən bu sahədə də mühüm işlər görülüb.

Ümumiyyətlə, biz yol infrastrukturunun yenidən qurulması və daha da təkmilləşdirilməsi istiqamətində dövlət büdcəsindən əsaslı vəsait qoyuluşları ilə yanaşı, beynəlxalq institutlardan və digər kreditor qurumlardan cəlb olunan kreditlər hesabına da irimiqyaslı layihələr həyata keçirməyə çalışırıq.

Göründüyü kimi, zəngin potensiala mailk olan Azərbaycanda yol infrastrukturunun inkişafı dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilib. Ölkə Prezidenti İlham Əliyevin uğurlu daxili siyasəti sayəsində qazanılan nailiyyətlərin sırasında bu sahənin inkişafı önəmli yer tutur. Qeyd etdiyimiz kimi, “Azərbaycanda ən müasir nəqliyyat-yol infrastrukturu yaradılacaq” deyən Prezident İlham Əliyev son on üç il ərzində avtomobil yollarının və yol qurğularının açılışı ilə bağlı çoxsaylı mərasimlərdə iştirak edib, işlərin gedişi ilə tanış olaraq öz dəyərli tapşırıq və tövsiyələrini verib. Dövlət başçısının diqqət və qayğısına əməli işlə cavab verən ölkənin yol təsərrüfatı işçiləri daha yüksək nailiyyətlərin əldə olunması üçün bütün imkanları səfərbər ediblər.


Raqub Həsənov: Ölkə Prezidenti İlham Əliyevin uğurlu daxili siyasəti sayəsində qazanılan nailiyyətlərin sırasında  yollarımızın inkişafı önəmli yer tutur
Raqub Həsənov: Ölkə Prezidenti İlham Əliyevin uğurlu daxili siyasəti sayəsində qazanılan nailiyyətlərin sırasında  yollarımızın inkişafı önəmli yer tutur
Raqub Həsənov: Ölkə Prezidenti İlham Əliyevin uğurlu daxili siyasəti sayəsində qazanılan nailiyyətlərin sırasında  yollarımızın inkişafı önəmli yer tuturБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər