Seçki bülletenlərinin çapına başlanılıb

Seçki bülletenlərinin çapına başlanılıb
















Azərbaycanda Prezident seçkiləri ilə bağlı seçki bülletenlərinin çapına başlanılıb.

Azxeber.com-un məlumatına görə, Mərkəzi Seçki Komissiyasının 6 mart tarixli qərarına əsasən prezident seçkiləri ilə əlaqədar 5 milyon 347 min 803 bülleten çap olunacaq.

Seçki Məcəlləsinə uyğun olaraq bülletenlərin çap prosesi seçki gününə 10 gün qalmış, yəni aprelin 1-dək yekunlaşmalıdır. Seçki bülletenlərinin dərci bir həftə ərzində yekunlaşacaq. Seçki bülletenləri seçki dairələrinə səsvermə gününə 5 gün, seçki məntəqələrinə isə 3 gün qalmış çatdırılacaq.

Qeyd edək ki, bülletenlər Milli Məclisin mətbəəsində çap edilir.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər