DİN-dən məktəblilərin düşdüyü qəza ilə bağlı AÇIQLAMA — 2 nəfərin vəziyyəti ağırdır

DİN-dən məktəblilərin düşdüyü qəza ilə bağlı AÇIQLAMA — 2 nəfərin vəziyyəti ağırdır















Daxili İşlər Nazirliyi Yevlaxda məktəbliləri daşıyan mikroavtobusun qəzaya uğraması ilə bağlı məlumat yayıb.
Qurumdan "Ölkə.Az"a verilən məlumatda bildirilir ki, bu gün saat 9:00 radələrində Bakı-Qazax avtomobil yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində "QAZ-53" markalı yük avtomobili ilə eyni istiqamətdə hərəkətdə olan "Ford Tranzit" markalı mikroavtobus toqquşub.

Toqquşma nəticəsində mikroavtobusda olan 17 sərnişindən 5 nəfər xəsarət alaraq Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan 3-nün vəziyyəti stabil, 2 nəfərinki isə orta-ağırdır. Mikroavtobusun sərnişinləri, əsasən Aran qəsəbəsindən Yevlax şəhərinə sınaq imtahanına gedən 9-cu sinif şagirdləri olub və qəzaya uğradıqları mikroavtobus həmin şagirdlərin müəllim və valideynləri tərəfindən şifahi sövdələşmə yolu ilə sifarişi həyata keçirən nəqliyyat vasitəsi olub.
Faktla bağlı müvafiq araşdırma aparılır.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər