Eldar Quliyev beynəlxalq tədbirə qatıldı

Eldar Quliyev beynəlxalq tədbirə qatıldı













Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisində (QDİƏT PM) Azərbaycan nümayəndə heyətinin rəhbəri, millət vəkili Eldar Quliyev Türkiyənin İstanbul şəhərində səfərədədir.

Modern.az xəbər verir ki, Eldar Quliyev hazırda QDİƏT PM-nin İşçi Qrupunun görüşündə iştirak edir. Qeyd edək ki, nümayəndə heyətimizin rəhbəri qurumun Daimi komitəsinin iclasında da iştirak edəcək.

İşçi Qrupunun toplantısında qurumun prosedur qaydalarına təklif olunan düzəlişlər, Beynəlxalq Katibliyinin İşçi heyətinin tərkibində dəyişikliklərin edilməsi, maliyyə məsələləri müzakirə olunacaq. Daimi komitənin iclasında "QDİƏT Regionunda Parlamentlərarası Əməkdaşlığın 25 İlliyi" mövzusu ətrafında fikir mübadiləsi aparılacaq.

Səfər martın 3-də başa çatacaq.


Eldar Quliyev beynəlxalq tədbirə qatıldıБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər