Ziya Məmmədovun müşavirinə 800 min “atan” şəxs şüşə ilə qollarını kəsdi

Ziya Məmmədovun müşavirinə 800 min “atan” şəxs şüşə ilə qollarını kəsdi













Sabiq Nəqliyyat naziri Ziya Məmmədovun müşaviri olmuş Çingiz Baxşıyevin 800 min manatlıq qızılını mənimsəməkdə təqsirləndirilən Rövşən Əhmədov növbəti dəfə intihara cəhd edib.

Qafqazinfo verdiyi xəbərə görə, R.Əhmədov hazırda müalicə aldığı "Semaşko” xəstəxanasında palata yoldaşının sistem bankasını sındırıraraq şüşə parçaları ilə qollarını və boyununu kəsib. Həkimlərin müdaxiləsi ilə onun özünü öldürməsinin qarşısı alınıb.

Daha sonra R.Əhmədov psixi durumu ilə bağlı müalicə olunması üçün 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib.

Məlumat üçün bildirək ki, R.Əhmədova Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin hökmü ilə bəraət verilib və məhkəmə zalından azadlığa buraxılıb.

Baş Prokurorluq və zərərçəkən Ç.Baxşıyev hökmdən apellyasiya şikayəti veriblər və R.Əhmədovun barəsində azadlıqdan məhrumetmə cəzası seçilərək həbs edilməsini istəyiblər. Hazırda iş Bakı Apellyasiya Məhkəməsinin hakimi Əmir Bayramovun icraatındadır. Dekabrın 21-də R.Əhmədov yenidən həbs ediləcəyini deyərək xeyli miqdarda dərman içərək özünü zəhərləyib. O, Toksikologiya Mərkəzində müalicə olunub. İntihar etmədən öncə məktub yazaraq "təzədən şərlənərək həbsxanaya getməkdənsə, ölsəm yaxşıdır” deyə qeyd edib.

Qeyd edək ki, Çingiz Baxşiyev Nəqliyyat nazirinin sabiq müşaviri olub. Bundan əvvəl isə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi vəzifəsində işləyib. O, şikayət ərizəsində qeyd edib ki, bütün ömrü boyu işləyib yığdığı bir banka qızılı saxlaması üçün qohumu Rövşən Əhmədova verib. Sonra isə R.Əhmədov həmin qızılları mənimsəyib. Məhkəmədə ifadə verən R.Əhmədov isə qızılları Ç.Baxşıyevin qızına verdiyini deyib.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər