“Azərbaycan və Rusiyanın münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çatıb” — İlham Əliyev

“Azərbaycan və Rusiyanın münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çatıb” — İlham Əliyev














Bu gün Azərbaycan və Rusiya arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatıb, hər iki tərəf bunu belə səciyyələndirir və bu münasibətlərin artması üçün çox müsbət dinamika var.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Moskvada keçirilən MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə çıxışı zamanı bildirib.
Dövlət başçısı qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinin rəhbərliyi ilə ictimai-siyasi sabitlik təmin olunub, bu isə təbii ki, ictimai razılığa əsaslanır və Azərbaycanda heç kimin şübhəsi yoxdur ki, qarşıdan gələn prezident seçkilərində Rusiya xalqı düzgün seçim edəcək: “Biz çox yaxşı bilirik ki, Rusiya-Azərbaycan ikitərəfli münasibətlərinin uğurlu inkişafı sizin adınızla bağlıdır. Bu gün Azərbaycan və Rusiya arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatıb, hər iki tərəf bunu belə səciyyələndirir və bu münasibətlərin artması üçün çox müsbət dinamika var. Bir daha ona qayıdıram ki, ictimai-siyasi sabitlik olmadan uğur qazanmaq mümkün deyil. Biz son illərdə artıq kifayət qədər qanlı hadisələr, toqquşmalar, ədavət, dinlərarası ziddiyyətlər və etnik münaqişələrin şahidi olmuşuq. Ona görə bütün bu beynəlxalq mövcud panorama sizin həyata keçirdiyiniz istiqamətin düzgünlüyünü bir daha göstərir. Çünki bu gün Rusiya - dünya miqyasında sabitləşdirici amildir”.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər