"Suriyada İŞİD-ə qarşı müharibə davam edir" — Trampın nümayəndəsi

"Suriyada İŞİD-ə qarşı müharibə davam edir" — Trampın nümayəndəsi














ABŞ hökuməti Suriyada İŞİD terror təşkilatı ilə mübarizənin tam başa çatmadığını bəyan edib.
“Ölkə.Az” xəbər verir ki, bu barədə koalisiya qüvvələri üzrə ABŞ prezidentinin nümayəndəsi Brett Makqerk jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, hələ də Suriyanın bəzi məntəqələrində terrorçuların qüvvələri gizlənib.

“Suriyada İŞİD terror təşkilatı bir çox əraziləri itirib. Koalisiya qüvvələri terrorçuların gizləndiyi məntəqələrin çoxunu dağıdıb. Lakin bu o demək deyil ki, İŞİD terror təşkilatı tam məğlub olub. Hələ də Suriyada terrorçuların nəzarəti altında olan ərazilər var. Hələ döyüşlər gedir”, - deyə Brett Makqerk bildirib.
Qeyd edək ki, ötən gün ABŞ prezidenti Donald Tramp Suriya və İraqda İŞİD terror təşkilatının tam məğlub olduğunu bildirib. Tramp bildirib ki, ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri Suriya və İraqı terrorçulardan tam təmizləyiblər.

“Koalisiya qüvvləri terrorçuları bütün ərazilərdən çıxarıblar. Demək olar ki, İŞİD-ə 100 faiz qələbə çalınıb. Bu qələbədə əsas rolu Amerika və koalisiya qüvvələri oynayıb”, - deyə Tramp bildirib.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər