“Olimpiya oyunlarında da təmsil olunmağa ümid edirik” — Federasiya prezidenti ilə MÜSAHİBƏ

“Olimpiya oyunlarında da təmsil olunmağa ümid edirik” — Federasiya prezidenti ilə MÜSAHİBƏ













Azərbaycan Alpaqut Federasiyasının Prezidenti Aqil Acalovun “Ölkə.Az” xəbər portalına müsahibəsi:

– Azərbaycan Alpaqut Federasiyasının yaradılması ideyası nədən qaynaqlanır?

– Türk döyüş növləri üzrə araşdırmaçı, beynəlxalq dərəcəli idman ustası Kutsan Vasif Namazov var. O, uzun müddətdən bəri türk döyüş sənətləri üzrə araşdırma aparırdı. Mən uzun illərdir ki, ictimai fəaliyyətlə məşğul oluram. Bir çox ictimai-siyasi təşkilatlarda təmsil olunmuşam. Hətta, Dünya Azərbaycanlıları Konqresinin (DAK) Gənclər Təşkilatının da sədri olmuşam. 2013-cü ildə isə Vasif Namazovun dəvətilə federasiyaya gəlmişəm. Buna qədər mən artıq ictimaiyyət arasında gənc fəal kimi kifayət qədər tanınırdım. Alpaqut döyüş sənətini də tanıtmağa ehtiyac var idi. Həmin ərəfədə, yəni 2013-cü ildə “Gələcəyə Baxış” adlı ictimai hərəkat mövcud idi. Həmin təşkilatın təsisçisi və həmsədri mən olmuşam. Bu təşkilat cənab Prezident İlham Əliyevin siyasətini dəstəkləyən qurum olub. Seçki öncəsi xeyli sayda yarışlar keçirirdik. Federasiyaya gəlişimin əsas məqsədi təşkilatı tanıtmaq idi. Bundan əlavə, vətənpərvərlik mövzusunu təbliğ etmək, yetişməkdə olan gənc nəsilə milli məfkurəni aşılamaq və sairə məqsədlər üçün bu Federasiyaya gəldim.

Qədim dövlət ənənələrinə sahib olan türklərin öz döyüş sənətləri olduğu üçün onu dərindən araşdırıb üzə çıxartmağa ehtiyac vardı. Qədim türklər köçəri həyat tərzi sürdükləri üçün öz oturaq mədəniyyətlərini yaratmağa ehtiyac görməyiblər. Ümumiyyətlə, dünyada dövlət və imperiya quran xalqlar arasında türklər öndə gedirlər. Bəs necə olur ki, böyük imperiyalar quran türklərin döyüş sənəti olmasın? Bu məqsədlə Vasif Namazovun təşəbbüsü ilə araşdırmalara başladıq və məlum oldu ki, türklərin də öz döyüş sənətləri mövcuddur. Vasif Namazovun müəllifliyi ilə alpaqut döyüş sənəti yarandı və müvafiq federasiya təsis olundu. Federasiya təsir olunandan sonra isə biz idman yarışları keçirməyə nail olduq.

Alpaqut yeni idman növü olmasına baxmayaraq, onun fəlsəfəsi çox qədimdir. Bu mədəniyyəti və hərb tarixini dünyaya tanıtmaq isə biz türklərin haqqıdır.

Hazırda mərkəzi Bakı şəhərində yerləşən Azərbaycan və Dünya Alpaqut federasiyaları mövcuddur. Dünya Alpaqut Federasiyası turan döyüş sənətinin dünyada yüksək səviyyədə təbliğatı ilə məşğul olur. Artıq dünyanın 24 ölkəsində alpaqut döyüş sənəti tanınır. Bu dövlətlər təkcə türkdilli respublikalar deyil. Bura həm ABŞ, həm Yaponiya, Çin, İran və digər dövlətlər daxildir. Bu ölkələrin hamısında alpaqut döyüş növü ilə məşğul olan insanlar var.

Alpaqut idman növü olmaqla yanaşı, fəlsəfəsi olan bir döyüş sənətidir. Bu döyüş sənətinin fəlsəfəsi isə təktanrıçılıqdır. Alpaqut dünyada və Azərbaycanda yeganə idman növüdür ki, fəlsəfəsi tanrıçılığa bağlıdır. Yəni, müsəlmanın, xristianın, yəhudinin inandığı təkallahlığa söykənir.

– Bəs hazırda alpaqut döyüş sənəti Azərbaycanda necə tanınır və bura maraq necədir?

– Hazırda Azərbaycanda alpaqut çox sevilməyə başlayıb. Azərbaycanın bütün bölgələrində bu döyüş sənəti tanıdılır, təbliğ olunur. İndi ölkəmizdə artıq 1500 nəfərdən çox idmançımız var. Respublikanın əksər bölgələrində filiallarımız fəaliyyət göstərir. Biz Qarabağ zonasına daha çox diqqət ayırırıq. Ona görə də biz Azərbaycan Alpaqut Federasiyasının Qarabağ Nümayəndəliyi təsis etmişik. Təbii ki, bu da məqsədli şəkildə edilir. Çünki Federasiya Qarabağ zonasında daha fəal iş görür. Bunun da öz səbəbləri var. Alpaqut qədim hərbi döyüş sənəti olduğu üçün biz düşmənlə cəbhə xəttində yerləşən rayonlarda daha fəal iş aparırıq. Alpaqutun fəlsəfəsində vətənpərvərlik daha çoxdur. Bizim bütün yarışlarımız da yalnız vətənpərvərlik mövzusunda olur, şəhidlərimizin xatirəsi yad olunur və sairə.

Alpaqut hərbi döyüş sənəti olduğu üçün müharibə şəraitində yaşayan Azərbaycanda bunun təbliğinə böyük ehtiyac var. Müharibə şəraitində yaşayan ölkənin öz milli məfkurəsinə, mədəniyyətinə və ruhuna yaxın olan döyüş sənətinin – alpaqutun inkişaf etdirilməsi çox vacib şərtdir.

Ötən əsrin 80-90-cı illərində biz daha çox Hollivud filmlərinə və aktyorlarına baxandan sonra idmana gəlirdik. Bu gün isə fərqli situasiyadır.

Biz tolerantlıqdan və sülhdən yana olan xalqıq. Tolerantlıq və multikultrallıq bizim kökümüzdə var. Ancaq biz hər zaman özümüzkülərə baxıb, ilhamlanmalıyıq.

Axı nə üçün biz bu gün Mübariz İbrahimov kimi qəhrəmanlar ola-ola, Hollivud filmlərində hansısa aktyorun hərəkətlərinə baxıb döyüşə ilhamlanmalıyıq? Türklərin tarixinə baxsaq, bizim Çingiz Xan, Atilla, Şah İsmayıl Xətai, Sultan Süleyman və sairə görkəmli sərkərdələrimiz var. Özümüzə örnək seçə biləcək nə qədər qəhrəmanlarımız var. Bu gün biz də Federasiya olaraq məhz bunu təbliğ edirik ki, azərbaycanlılar özünkülərə baxıb vətənpərvər olsunlar, döyüşə ilhamlansınlar və sairə.

– Bəs Federasiyanızın mövcud imkanları və bazası nə səviyyədədir?

– Bizim güclü sosial bazamız mövcuddur. Həmin bazanın sayəsində biz federasiyanın büdcəsini formalaşdırırıq. Üzvlük haqqlarından yığılan vəsaitlər olsa da, dövlətin bu işə dəstəyi olmadan heç bir nəaliyyət qazanmaq mümkün deyil. Cənab Prezidentin Azərbaycana, idmana göstərdiyi böyük diqqət və qayğıdan biz də kənar qalmamışıq. Sağ olsun, dövlətimizin idmana verdiyi dəstəkdən biz də bəhrələnirik. Bu yaxınlarda keçirilən turnirdə də biz Gənclər və İdman Nazirliyinin ən yüksək səviyyədə dəstəyini gördük. Buna görə mən cənab nazir Azad Rəhimova təşəkkürümü bildirirəm.
Dövlətimizlə yanaşı, Azərbaycanın vətənpərvər iş adamları da bizə müəyyən köməkliklər göstərirlər. Ancaq bəzən müəyyən çətinliklərimiz də olur.

– Hansı çətinlikləriniz olur?

– Maddi problemlər olur, bəzən sponsorlarla bağlı çətinliklər yaşayırıq. Buna görə də beynəlxalq yarışlara az idmançə göndəririk. Amma bütün bunlara baxmayaraq, yarışlarımızı keçiririk. Bunun nəticəsidir ki, Alpaqut Federasiyasının çox vətənpərvər kollektivi formalaşıb. Ümumiyyətlə, Alpaqut Federasiyasının öz strukturunda çox vətənpərvər kadrlar formalaşıb. Onların hər biri federasiyaya dəstək olurlar. Bunun nəticəsində də biz yoxdan nəyisə var etmişik. Çalışırıq ki, bu işi daha böyük uğurla davam etdirək.

– Dünya Alpaqut Federasiyası nə kimi işlər görür?

– Bilirsiniz ki, Dünya Alpaqut Federasiyasının baş ofisi Azərbaycanda yerləşir. Bizim qarşılıqlı əməkdaşlığımız mövcuddur. Dünya Alpaqut Federasiyasının Azərbaycanda və digər ölkələrdə beynəlxalq yarışları təşkil olunur. Həmin yarışlarda biz türklərin milli mədəniyyətini təbliğ edirik. Yeri gəlmişkən deyim ki, bu ilin noyabrında Bakıda Dünya Alpaqut Federasiyasının təşkilatçılığı ilə dünya kuboku yarışı keçirilib. Həmin yarışda 16 ölkədən idmançılar iştirak edirdi. Bu yarış yüksək təşkilatçılıqla keçirilib.

Gələn il isə biz Dünya Alpaqut Federasiyası ilə birgə Bakıda dünya çempionatı təşkil edəcəyik. Həmin yarışda 20-dən çox ölkədən idmançının iştirakı gözlənilir.

Ümumiyyətlə, Dünya Alpaqut Federasiyası rəsmi olaraq 24 ölkə, qeyri-rəsmi olaraq isə 40-dan çox ölkə tərəfindən tanınır. Bu da çox sevindirici haldır.

– Gələcəkdə alpaqut idmanının olimpiya oyunlarında da təmsil olunması nə qədər mümkündür?

– Alpaqut idman növündə döyüşlər 4 sistemdən ibarətdir. Bu sistemlərdən bəzilərinin gələcəkdə olimpiya oyunlarında təmsil olunmasına ümid var. Çünki bu standartlara uyğun gəlir. Amma olimpiya oyunlarında təmsil olunmaq təkcə bizdən asılı ola məsələ deyil.

– Gələcək planlarınız nədən ibarətdir?

– İlk növbədə qeyd edim ki, biz sosial və ictimai tədbirlərdə, aksiyalarda yaxından iştirak edirik. İndi də başqa bir sosial kampaniyaya, qanvermə aksiyasına hazırlaşırıq.

Yeni ildən etibarən yenə də çempionatlarda və beynəlxalq yarışlarda iştirak edəcəyik, ölkə kuboku və dünya çempionatına hazırlaşacağıq. Təbii ki, bölgələrdə də yarışlar olacaq və biz də orada iştirak edəcəyik.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər