Şahin müəllim: 2019-cu ildə də Azərbaycan yolları uğurlu inkişaf dinamikasını saxlayır

Şahin müəllim: 2019-cu ildə də Azərbaycan yolları uğurlu inkişaf dinamikasını saxlayır







İstər vəzifə sahibi olsun, istərsədə sıravi, sadə vətəndaş. Mən bu gün bu iki vəhtədi özündə birləşdirən bir azərbaycanlıdan söhbət açacam. O azərbaycanlı ki, ömrünü sadiqliyə və zəhmətə kökləyib, İşində yorulmaz rəhbər, nümunəvi insan. Bu şəxs kimidir? Bu şəxs 4 saylı Yol İstismar İdarəsinin rəisi Şahin müəllimdir. Bu insanı hər kəs tanıyır. Bu insan, O qədər məsuliyyətli və diqqətçildir ki, işin çətinliyindən asılı olmayaq, əlindən gələni əsirgəmir.


4 saylı Yol İstismar İdarəsinin rəisi Şahin müəllim - Regionların sosial-iqtisadi inkişafına yönəldilən dövlət proqramlarının icrası sayəsində son illərdə ölkədə bir sıra respublika və yerli əhəmiyyətli avtomobil yolları, körpülər, yolötürücüləri tikilib, yaxud təmir edilib.
Bu proqramlarda nəzərdə tutulan tədbirlər yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində sistemli işlərin həyata keçirilməsinə imkan verir. Nəticədə avtomobil magistrallarının genişləndirilməsi, respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması və tikintisi layihələrinin davam etdirilməsi ilə bağlı mühüm tədbirlər həyata keçirilib, bu sahəyə davamlı və iri həcmli investisiyalar yönəldilib.

Şahin müəllim: 2019-cu ildə də Azərbaycan yolları uğurlu inkişaf dinamikasını saxlayır


Son 14 ildə ölkədə 11 min kilometrdən çox avtomobil yolu tikilib. Təkcə magistral və şəhərlərarası yollar deyil, kəndarası yollar da ən qabaqcıl standartlar səviyyəsində yenidən qurulub. Prezident İlham Əliyev Nazirlər Kabinetinin keçən ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında demişdir: “Bu il 40 layihənin həyata keçirilməsi nəzərdə tutulur. Yəni, 40 layihə, ən azı 40 kənd yolu layihəsi - əlbəttə ki, kəndlərin sayı daha çox olacaq, çünki hər bir layihə bir neçə kəndi birləşdirir - ən azı 40 layihə bu il icra ediləcək və lazımi səviyyədə vəsait də bu məqsədlər üçün ayrılacaq. Bu həm insanların rahatlığı deməkdir, həm də kənd təsərrüfatının inkişafı üçün lazımdır”.
İndiyədək bu layihələrə aid işlərin xeyli hissəsi görülüb. Bir sıra layihələrin həyata keçirilməsi isə uğurla davam edir.

Şahin müəllim: 2019-cu ildə də Azərbaycan yolları uğurlu inkişaf dinamikasını saxlayır

Yol infrastrukturunun təzələnməsi və müasirləşdirilməsi ölkənin bütün şəhər və rayonlarını əhatə edib. Respublikanın 36 rayonunda 40 kəndlərarası avtomobil yolu və bir körpünün, Bakıda isə 10 qəsəbələrarası avtomobil yolu layihəsi üzrə tikinti və yenidənqurma işləri davam edir. Bu yaxınlarda Bakı şəhərinin keçmiş “Sovetski” ərazisində yeni yolların çəkilməsi, yaşıllaşdırma və abadlıq işlərinin aparılması layihəsi çərçivəsində görülən işlər başa çatdırılıb.
2016-cı ilin avqustundan icrasına başlanan layihəyə uyğun olaraq 26 hektar ərazidə yolların salınması və abadlıq işlərinin aparılması həyata keçirilib. Ümumi uzunluğu 7 kilometr olan Nəriman Nərimanov prospektində, Abdulla Şaiq, Balababa Məcidov, Mirzəağa Əliyev və Füzuli küçələrinin yenidən qurulması artıq yekunlaşıb. Nəriman Nərimanov prospektinin yenidən qurulması zamanı hərəkət zolaqlarının sayı 4-ə çatdırılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Azərbaycan Respublikasının avtomobil yolu təsərrüfatı sahəsində xidmət göstərilməsi, balansında olan avtomobil yollarının (bundan sonra – avtomobil yolları), habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, tikilməsi, istismarı, bərpası, təmiri, yenidən qurulması, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılması və onların vəziyyətinə nəzarət edilməsi, habelə yol infrastrukturunun inkişafı ilə bağlı digər işlərin kompleks şəkildə aparılmasının təmin edilməsi sahəsində fəaliyyətlə məşğul olan publik hüquqi şəxsdir.
Şahin müəllim: 2019-cu ildə də Azərbaycan yolları uğurlu inkişaf dinamikasını saxlayır


01.01.2018-ci il vəziyyətinə görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansında ümumi istifadədə olan 17529 km uzunluqda avtomobil yolu var ki, onun da 4385 km-i Respublika əhəmiyyətli, 13158 km-i isə Yerli əhəmiyyətli avtomobil yollarından ibarətdir. Bu yollardan 2670 kilometri hazırda Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə qalıb. Cəmiyyətin balansında 1299 ədəd körpü var. 160 körpü işqal olunmuş ərazilərdə yerləşir.
Yol rahatdırsa, insanlar da rahat olur və gediş-gəliş zamanı əziyyət çəkmirlər. Hansı kəndin, şəhərin yolu rəvandırsa, oraya işləməyə gələn də, alış-veriş edən də çox olur. Bir sözlə, iqtisadiyyat inkişaf edir.
Şahin müəllim: 2019-cu ildə də Azərbaycan yolları uğurlu inkişaf dinamikasını saxlayırБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər