Narkotik vasitələrin qanunsuz hazırlanması ilə bağlı qanun qüvvəyə mindi

Narkotik vasitələrin qanunsuz hazırlanması ilə bağlı qanun qüvvəyə mindi













Azərbaycan narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorların az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, göndərilməsinə və ya daşınmasına görə cərimə sanksiyası qüvvəyə minib.
Report xəbərinə görə, Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.

Dəyişikliyə əsasən, məcəlləyə 206-1 (Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorların hazırlanması, əldə edilməsi, saxlanılması, göndərilməsi və ya daşınması) maddəsi əlavə edilib.
Maddədə bildirilir ki, narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorların az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, göndərilməsinə və ya daşınmasına görə 200 manatdan 300 manatadək məbləğdə cərimə edilir.
Bu maddədə “az miqdarda” dedikdə, müvafiq qanunla müəyyən edilmiş prekursorların xeyli miqdarından aşağı miqdar başa düşülür.

Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə hazırladığı, əldə etdiyi, saxladığı, göndərdiyi və ya daşıdığı prekursorları könüllü surətdə təhvil verən şəxs bu maddədə nəzərdə tutulan hərəkətlərə görə inzibati məsuliyyətdən azad edilir.
Cinayət Məcəlləsinə edilən dəyişikliyə əsasən isə, 234.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddənin dispozisiyasında (Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları satma, yaxud prekursorları eyni məqsədlə xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşımaya görə əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) “hazırlama, əldə etmə, saxlama, göndərmə, daşıma və ya satma” sözləri “satma, yaxud prekursorları eyni məqsədlə xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşıma” sözləri ilə əvəz edilib.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər