Mədə ağrılarından, qəbizlikdən əziyyət çəkənlər üçün ÇARƏ

Mədə ağrılarından, qəbizlikdən əziyyət çəkənlər üçün ÇARƏ












Xroniki streslər, dərmanların nəzarətsiz qəbulu, düzgün olmayan qidalanma müasir insanın həzm sisteminə ciddi zərbə vurur.

Hal hazırda mədə-bağırsaq sistemi xəstəlikləri və pozulmaları ən yayılmış xəstəliklərdən biri sayılır.
Bəzi ucuz təbii məhsullar var ki, bu məhsulları qidalanmaya daxil etməklə həzm sistemi problemləri olan insan öz vəziyyətini xeyli yüngülləşdirə bilər. Bu məhsullardan biri yulaf yarmasıdır (gerkules).

Yulaf yarması sıyığı çox faydalı, müalicəvi, diyetik qidadır. Bu sıyıq mədə-bağırsaq sistemi üçün xüsusilə faydalıdır.

Qidalı liflərlə zəngin olan gerkules sıyığı qəbizliyin qarşısını alır. Sıyığın təsirini artırmaq üçün ona kişmiş, qara qavalı əlavə edin. Belə sıyığı hər səhər yemək lazımdır.

Selikli gerkules sıyığı həzm sisteminin selikli qişasını ziyanlı təsirlərdən qoruyur, selikli qişasının bərpasını sürətləndirir, turşuluğu azaldır, ağrıların azalmasına kömək edir. Məhz bu səbəbdən yulaf yarması sıyığı qastrit, mədə və 12 barmaq bağırsağı xorasından əziyyət çəkən insanlar üçün xüsusilə faydalıdır. Gerkules sıyığı bu xəstəliklər zamanı təyin olunan müalicəvi pəhrizin əsas qidalarından biridir.

Həmçinin gerkules sıyığı həzm sistemi xəstəliklərinin profilaktikası üçün də çox faydalıdır.

Hər səhər 1 boşqab gerkules sıyığı yeməklə siz bir çox həzm sistemi problemlərindən qurtula bilərsiniz.

Saglamolun.az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər