Sevindik Hətəmov:

Sevindik Hətəmov:











Əziz və dəyərli xanımlar! Şəxsən öz adımdan məhz bu dəfə siz xanımları təbrik etmək qərarına gəldim. Bəlkə də sual verə bilərsiniz, məhz niyə Bayraq günü münasibətilə və niyə məhz siz xanımlar? Cavabı elə də mürəkkəb deyil. Eşidin...

Çünki, bizlərə Vətənpərvərlik ruhunu aşılayan bu Bayram, biz bəylərlə bərabər siz xanımlara da aiddir. Ona görə, bildiyiniz kimi bizim Odlar Yurdu Azərbaycanımızın tək bəyləri yox, həmçinin xanımları da Vətənpərvərdir. Xanımlarımızın da içində elə xanımlar var ki, Azərbaycanın adı səsləndə, onun Bayrağı dünyanın istənilən nöqtəsində ucalanda qeyri-ixtiyari olaraq gözlərindən yaş süzülür


Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov



Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 noyabr, 2009-cu il tarixli sərəncamına əsasən noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd olunur.

Dövlət Bayrağı Günü münasibətilə həmvətənlərimizi təbrik edir, vətənimizin müstəqilliyinin rəmzlərindən biri olan üçrəngli bayrağımızın daima uca zirvələrdə şərəf və qürurla dalğalanmasını arzu edirəm!

2010-cu il sentyabrın 1-də Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə Dövlət Bayrağı Meydanının - Bakı şəhərinin Bayıl sahəsində yerləşən memorial abidə-istirahət parkının təntənəli açılışı olub. Bayraq dirəyinin hündürlüyü 162 m, bünövrəsinin diametri 3,2 m, bünövrənin üst hissəsinin diametri 1,09 m-dir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadrat metr, çəkisi isə təqribən 350 kiloqramdır. Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.

Qeyd edək ki, müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, islamçılıq və müasirlik” formulunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadədir.

Azərbaycan Respublikasının dövlət bayrağından istifadə Azərbaycan Konstitusiyasının 23-cü və 75-ci maddələri, “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Azərbaycan Respublikasının Qanunu, eləcə də həmin Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə” əsasında tənzimlənir. Azərbaycan Respublikasının Dövlət bayrağının rəngli və sxematik təsviri adı çəkilən Qanun və Əsasnamə ilə təsdiq edilib.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər