Bu gün Tehranda prezidentlərin üçtərəfli görüşündə hansı məsələlər müzakirə ediləcək?

Bu gün Tehranda prezidentlərin üçtərəfli görüşündə hansı məsələlər müzakirə ediləcək?














Bu gün Tehran şəhərində Azərbaycan, Rusiya və İran prezidentləri arasında üçtərəfli görüş keçiriləcək.
AZTB.info Report-a istinadən xəbər verir ki, İlham Əliyev, Vladimir Putin və Həsən Ruhani sammitdə infrastruktur layihələri və energetika sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.

Sammitin yekununda liderlər birgə bəyanatla çıxış edəcəklər. Bəyanatda gələcək əməkdaşlığın əsas istiqamətləri öz əksini tapacaq.

Bu formatda danışıqlar artıq ikinci dəfə keçiriləcək. Liderlər ilk dəfədir prezident İlham Əliyevin təşəbbüsü ilə 2016-cı ilin avqustunda Bakıda bir araaya gəlmişdilər.
Bu gün həmçinin prezidentlərin üçtərəfli görüşlərindən savayı dövlət başçıları İlham Əliyev və Vladimir Putin arasında ikitərəfli formatda görüş də nəzərdə tutulub.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov dövlət başçılarının "Şimal-Cənub" nəqliyyat dəhlizi, onun Qərb qolu layihəsini müzakirə edəcəklərini bildirib.

Gündəlikdə həmçinin kənd təsərrüfatı sahəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsi, kənd təsərrüfatı məhsullarının üçüncü ölkəyə göndərilməsi, Rusiyadan Azərbaycana qaz ixracının artırılması, neft hasilatının azaldılması üzrə OPEK+ müqaviləsinin müddətinin uzadılması, eləcədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələlərinin müzakirəsi dayanır.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər