İlham Əliyev: "Azərbaycan Avropanın yeni enerji mənbəyidir"

İlham Əliyev: "Azərbaycan Avropanın yeni enerji mənbəyidir"














Prezident İlham Əliyev Azərbaycanı Avropanın yeganə yeni enerji mənbəyi adlandırıb.
"Ölkə.Az" xəbər verir ki, dövlət başçısının bəyanatına əsasən, Avropanın təbii qaza olan ehtiyacı artır, Azərbaycan isə Avropa üçün yeganə yeni enerji mənbəyidir.

Avropa Şurasının təhlükəsizlik və siyasət komitəsinin nümayəndə heyəti ilə görüşdə Azərbaycan lideri deyib: "Azərbaycanın enerji sektorunun inkişafı bizim sərhədlərimizlə məhdudlaşmır. Enerji təhlükəsizliyinə gəldikdə isə, biz bütün işi görmüşük, biz müxtəlif istiqamətlərdə neft, qaz və elektrik enerjisi ixrac edirik. Bizim 7 boru kəmərimiz var. Onlardan üçü ilə neft ixrac edirik. İki kəmər Qara dənizə, üçüncü kəmər isə Aralıq dənizinə neft ixrac edir. Qaz kəmərlərinin sayı dörddür. Bu kəmərlər vasitəsilə biz Gürcüstan, Türkiyə, İran və Rusiyaya qaz ötürə bilirik".

Azərbaycan liderinin sözlərinə əsasən, böyük bir qaz kəməri Bakını İtaliya ilə birləşdirəcək. Hazırda tikinti davam edir.
İlham Əliyev çıxışına davam edib: "Müasir nəqliyyat infrastrukturu qurmaq üçün bütün işləri gördük. Ehtiyyatımız məlumdur, bazar müəyyən edilib. Bizim üçün qaza ehtiyac duyan Avropa ən böyük bazardır. Bizə məlumdur ki, Avropanın təbii qaza olan tələbatı artır. Azərbaycan isə Avropa üçün yeganə yeni enerji mənbəyidir. Hazırda Avropanı qazla təmin edən digər mənbələrdən də istifadə edilir. Azərbaycan uzaqda yerləşməyən yeni mənbədir. Bizim qaz ehtiyatlarımız böyükdür. Potensialımız böyükdür, yaxın onilliklərə kifayət edəcək qədər qaz ehtiyatımız var. Avropa Komissiyası ilə sıx əməkdaşlıq edirik. Artıq üçüncü dəfədir ki, Bakıda Cənub Qaz Dəhlizinin məsləhət şurasının iclasını keçiririk. Bu iclaslarda Avropa Komissiyasının vitse-prezidentləri iştirak edir".

"Cənub Qaz Dəhlizi" layihəsi Xəzər regionundan Gürcüstan və Türkiyədən keçməklə 10 milyard kubmetr Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutur.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər