İcra başçısı bu gün qız köçürür - Süleyman Mikayılov kimlə qohum oldu?

İcra başçısı bu gün qız köçürür - Süleyman Mikayılov kimlə qohum oldu?














Bu gün Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun ailəsində şad gündür.

BakuPost.az xəbər verir ki, icra başçısının qızı gəlin köçür.

Məlumata görə, onun qızı Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Kamal Axundovun oğlu Pərviz Axundovla ailə qurur.

Toy mərasimi Bakıdakı məşhur restoranlardan birində baş tutacaq. K. Axundov təsdiqləyib. Bildirib ki, bu evlilik gənclərin öz seçimi olub: "Kimisə məcburən, zorla evləndirmək olmaz ki... Özləri sevib, evlənmək qərarı veriblər. Allah hamının balasını xoşbəxt eləsin, bizimkilər də içərisində”.

Onu da bildirək ki, Pərviz Axundov tələbədir, hazırda Azərbaycanda ali məktəblərdən birində təhsil alır.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər