Allahverdi Seyidov: “İpəkçilik sahəsində kadr hazırlığı təmin olunmalıdır“

Allahverdi Seyidov:  “İpəkçilik sahəsində kadr hazırlığı təmin olunmalıdır“












Allahverdi Seyidov dövlətimizə sədaqət nümunəsidir!

Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Azərbaycan Elmi Tədqiqat İpəkçilik İnstitutunun direktoru, hazırda ARKT-nin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu nəzdində "Arıçılıq" Mərkəzinin rəisi, aqrar elmləri doktoru Allahverdi Seyidovdur.

Allahverdi Seyidov vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən insandır


Allahverdi Seyidov - Azərbaycanda mövcud olmuş ipəkçilik kompleksi Elmi Tədqiqat İpəkçilik İnstitutu, Gəncə və Qax damazlıq ipəkçilik stansiyası, 7 qrenzavodu, 30-dək rayon barama qurutmaxanaları, bunların əhatə etdiyi 80-ə yaxın barama tədarükü və ilkin emalı məntəqələri, 4 tinglik təsərrüfatı, 31 ipəkçilik idarəsi, Ordubad baramaaçma fabriki, Qarabağ və Şəki İpək Kombinatlarını əhatə edib. Onlardan biri Elmi-Tədqiqat İpəkçilik İnstitutu olub ki, 1925-ci ildə yaradılıb və 2 akademik, 4 elmlər doktoru, onlarla elmlər namizədləri hazırlanıb. İpəkçiliyin elmi əsaslarının işlənib hazırlanması ilə məşğul olan Azərbaycan Elmi-Tədqiqat İpəkçilik İnstitutunda ipəkçiliyin aktual və prioritet problemlərinə dair tədqiqatlar aparılıb və alınmış nəticələr istehsalata tətbiq edilib. İnstitutda damazlıq stansiyalarında “Elit” tut ipəkqurdu toxumunun əldə edilməsi üçün “Super elit” tut ipəkqurdu toxumu hazırlanıb. Hazırda Elmi-Tədqiqat İpəkçilik İnstitutunun maddi-texniki bazası köhnəlib və müasir tələblərə cavab vermir.
Damazlıq stansiyalarına gəldikdə isə Gəncə Damazlıq Stansiyası 1971-ci ildə Azərbaycan Elmi-Tədqiqat İpəkçilik İnstitutunun nəzdində fəaliyyət göstərib, mövsüm ərzində 40-50 kq yüksəkkeyfiyyətli elit tut ipəkqurdu toxumu (qrena) hazırlanıb. 1994-cü ildə fəaliyyətini dayandırıb. Elmi Tədqiqat İpəkçilik İnstitutunun Gəncə eksperimental bazasının ərazisində yerləşir. Digər Qax Damazlıq Stansiyası 1973-cü ildən başlayaraq hər il barama toxumu zavodlarına 80 kq yüksək keyfiyyətli elit tut ipəkqurdu toxumu (qrena) hazırlayıb. Maliyyə çətinliyi səbəbindən stansiya 1998-ci ildən fəaliyyətini dayandırıb. Qax rayonu ərazisində yerləşir.

- İpəkçiliyin inkişaf etdirilməsi üçün bir sıra istiqamətlərdə tədbirlərin həyata keçirilməsi məqsədəuyğundur. Onu da qeyd etmək lazımdır ki, kənd təsərrüfatı naziri Heydər Əsədov bu sahənin inkişaf etdirilməsinə dair aidiyyəti qurumlara artıq tapşırıq və göstərişlər verib. Ümidvarıq ki, nazirin dəstəyi hesabına qanunvericilik bazasının formalaşdırılması, investisiya mühitinin yaxşılaşdırılması, ipəkçiliyin maddi-texniki və kadr təminatının yaxşılaşdırılması problemləri öz həllini qısa zaman ərzində tapacaq. Bu istiqamətlər üzrə tədbirlərin həyata keçirilməsi üçün qarşıda duran vəzifələrə gəldikdə isə ipəkçiliyin inkişaf etdirilməsi üçün qanunvericilik bazasının formalaşması, ipəkçiliyin müəyyən olunmuş mərhələlərlə inkişaf etdirilməsi, ipəkçiliyin inkişaf etdirilməsi üçün əlverişli investisiya mühitinin yaradılması, texniki tərəfdaşın cəlb edilməsi yolu ilə ipəkçiliyin inkişafında xarici təcrübədən yararlanmaq, beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq və sahəyə dövlətin maliyyə dəstəyi mexanizminin müəyyən edilməsi önəmlidir. Həmçinin ipəkçilik sahəsində kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi, ipəkçiliyin inkişaf etdirilməsi üçün optimal təşkilati quruluşun müəyyən edilməsi və tətbiqinin stimullaşdırılması, sahibkarlar tərəfindən emal müəssisələrinin xammal istehsal olunan ərazilərə yaxın yerləşdirilməsinin stimullaşdırılması, ipəkçilik məhsullarının ixracının təşkili, mövcud tut bağlarının yaxşılaşdırılması, yeni bağların salınması və ting istehsalının artırılması yolu ilə ipəkçiliyin yem bazasının möhkəmləndirilməsi, yeni və daha məhsuldar ipəkqurdu sort və hibridlərinin yetişdirilməsi lazımdır.
Mütərəqqi bəsləmə texnologiyaları əsasında keyfiyyətli sənaye baraması istehsalına nail olunması, ipəkçilikdə müasir texnologiyaların tətbiqinin stimullaşdırılması yolu ilə rəqabətədavamlı ipəkçilik məhsulları istehsalının və ixracının artırılması, ipəkçilik sahəsində kadr hazırlığının təmin olunması, ipəkçiliyin inkişafı istiqamətlərini müəyyən etməklə ipəkçilik sahəsində elmi tədqiqatların aparılmasının dəstəklənməsi əsas vəzifələrdəndir.
Allahverdi Seyidov:  “İpəkçilik sahəsində kadr hazırlığı təmin olunmalıdır“
Allahverdi Seyidov:  “İpəkçilik sahəsində kadr hazırlığı təmin olunmalıdır“Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər