Aeroport yolunda ağır qəza – VİDEO

Aeroport yolunda ağır qəza – VİDEO













Bu gün səhər saatlarında aeroport yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.Big.az xəbər verir ki, 99-KB-810 dövlət nömrə seriyalı, qara rəngli “Mercedes Benz E-Class” markalı avtomobil idarəetməni itirərək yol kənarına və digər nəqliyyat vasitələrinə çırpılıb.

Hadisə nəticəsində 99-LM-518 dövlət nömrə seriyalı, ağ rəngli digər “Mercedes Benz S-Class” zədələnib. Xəsarət alanların olduğu bildirilir. Onlardan birinin vəziyyəti ağırdır.

Qəza yerinə dərhal Yol Patrul əməkdaşları və Təcili Tibbi Yardım maşınları cəlb edilib.

Sözügedən istiqamətdə nəqliyyatın hərəkatı qismən məhdudlaşıb.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər