Putinin Əliyevi Soçiyə qəfil çağırmasının şok detalları - Sarkiysan üçün gecə çox çətin keçdi

Putinin Əliyevi Soçiyə qəfil çağırmasının şok detalları - Sarkiysan üçün gecə çox çətin keçdi
















Görəsən, Rusiya prezidenti Vladimir Putin Azərbaycanın dövlət başçısı İlham Əliyevlə nədən qəfil görüşə ehtiyac duyub ki, azərbaycanlı həmkarını Soçiyə dəvət edib?

Bu fikirlərlə tanınmış politoloq Elxan Şahinoğlu çıxış edib. O daha sonra bildirib ki, bu sual bir çoxumuzun beynində dolaşır. Ancaq bizdən də çox ermənilər narahatdır. Onların beynində dolaşan sual isə budur: Görəsən Putin Əliyevlə razılaşıb Ermənistana təzyiq etməz ki? Bütün hallarda Soçi görüşünün Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirəcəyini düşünmürəm. Tam tərsinə, Kreml Azərbaycan ordusunun işğalçıya artan təzyiqindən narahatdır və bu narahatlığını müxtəlif yollarla rəsmilərimizə anladırlar.

Bu gün isə görüşün rəsmi detalları açıqlanıb.

Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin arasında Soçidə keçirilən görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə edilib.

Bundan başqa, dövlət başçıları Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq əlaqələrinin mövcudluğunu bir daha təsdiqləyib, ikitərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyini vurğulayıblar.

Beynəlxalq və regional problematika ətrafında da fikir mübadiləsi aparılıb.

Hər iki dövlət başçısı Rusiya-Azərbaycan dostluq və strateji tərəfdaşlıq əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildiriblər.

Azərbaycan prezidentinin Rusiyaya işgüzar səfəri iyulun 22-də başa çatıb.

Amma hər kəsə maraqlı olan hansı nəticələr əldə edildi, Rusiya istəyinə çata bildimi kimi düçüncələr qısa zamanda yəqin ki, reallıqda cavabını tapacaq.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər