Azadlığa çıxan meyxanaçı od püskürdü: "Cinayət törətmədiyim halda həbs olundum" - ŞOK TƏFƏRRÜFAT

Azadlığa çıxan meyxanaçı od püskürdü: "Cinayət törətmədiyim halda həbs olundum" - ŞOK TƏFƏRRÜFAT

















Tanınmış meyxanaçı Bayram Kürdəxanlı azadlığa çıxıb

Meyxanaçı bir neçə gün əvvəl azadlığa buraxılıb. B. Kürdəxanlı barəsində ötən il Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə cinayət işi açılmışdı. O, 1 il müddətinə azadlıqdan məhrum edilmişdi.

1962-ci il təvəllüdlü Bayram Kürdəxanılı iyulun 12-də Bakıxanov qəsəbəsində, "Nilufər" şadlıq sarayının qarşısında şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə baxış keçirilərkən 1.02 qram narkotik vasitə olan tiryək aşkar edilib.

Azadlığa çıxan meyxanaçı Bayram Kürdəxanlı təəssüratlarını belə bölüşüb: "Məni buraxdılar, dedilər ki, günahkar deyilsən. Sağ olsunlar ki, məni azadlığa buraxdılar. Dedilər ki, sən azad olmalısan. Mən narkotik qəbul etməmişəm. Sadəcə qərar qəbul olunmuşdu ki, belə olmalıdır".

Meyxanaçı azadlığa çıxması münasibətilə onu təbrik edən həmkarlarına da minnətdarlığını bildirib: "Mənə diqqət göstərən həmkarlarıma da çox sağ ol deyirəm. Görüşümə gəlməsələr də, qardaşımla əlaqə saxlayıblar. Azadlığa çıxandan sonra isə görüşümə gəlmişdilər". (Lent.az)
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər