Şərikini tutduran nazirin qardaşı “Dəmirbank”a 10 milyon atıbmış - Şok gizlinlər

Şərikini tutduran nazirin qardaşı “Dəmirbank”a 10 milyon atıbmış - Şok gizlinlər

















Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Samir Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb

Hakim Şəkər Məmmədovanın icraatında olan prosesdə ilkin hazırlıq iclası baş tutub.

İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Zərərçəkmiş şəxsin məhkəmə prosesinə qatılmadığı məlum olub.

İttihama görə, S.Nəbiyev müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı Əlikram Camalova birgə biznes qurmaq təklifi edib.

O, Ə.Camalovdan icarəyə götürüb işlətdiyi Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən “Brend Elektrik” elektrik avadanlıqları satışı mağazasına yatırım etməyi istəyib. Əvəzində isə qazancın yarısını nazir qardaşına verəcəyini vəd edib.

Ə.Camalov onunla razılaşıb və Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən ofisdə S.Nəbiyevə 2015-ci il noyabrın 3-də 18 min manat, 2016-cı il fevralın 1-də isə 3 min 993 manat pul verib.

S.Nəbiyev isə vəsaiti mənimsəyərək Camalova pulu qaytarmayıb. O, Nərimanov Rayon Polis İdarəsinə şikayət edib, müraciəti araşdırıldıqdan sonra Nərimanov rayon prokuroru Vüqar Əliyev tərəfindən 12 yanvar 2017-ci ildə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədikdikdə) maddəsi ilə cinayət işi başladılıb.

Təqsirləndirilən S.Nəbiyev həbs edilməyib, onun himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib. Ə.Camalov “Hacı Camalxan” Kəndli Fermer Təsərrüfatının təsisçisi və sahibidir.

Ulus.Az-ın media üzərindən əldə etdiyi məlumata görə, 2013-cü ildə “Dəmirbank” ASC ilə Y.Camalovun qardaşı Ə. Camalovun sahibi olduğu “Hacı Camalxan” MMC arasında kredit qovğasının yaşandığı haqda yazılar yer almışdı.

Həmin vaxt tərəflər arasında güzəştli kredit məsələsi gərgin mübahisələrə səbəb olmuşdu. Ə.Camalovun vəkili “Dəmirbank”ı məhkəmə ilə hədələyir, bank isə əks tərəfi aldığı kreditə görə ödəmələri həyata keçirməməkdə ittiham edirdi.

Artıq məsələ tərəflər arasında çəkişmədən çıxıb və hüquq-mühafizə orqanlarının araşdırma predmeti idi.

Nazir qardaşının sahib olduğu MMC 2010-cu ildə Sahibkarlığa Kömək Milli Fondunun prezidenti Şirzad Abdullayevin göstərişinə əsasən regionlarda sahibkarlığın inkişafı üçün ayırdığı güzəştli kreditdən faydalanıb.

“Dəmirbank”dan 3 milyon 950 min manat alıb. Ə.Camalovun rəhbərlik etdiyi kəndli-fermer təsərrüfatına ayrılan 3 milyon 950 min manatın faizlərinin ödənilməsi qrafiki də sahibkara təqdim olunub.

O zaman yazılırdı ki, Ə.Camalov heç bir səbəb göstərmədən pulu ödəməkdən yayınıb. Həmin vaxt bankın nümayəndəsi bildirmişdi ki, Ə.Camalov təsisçisi olduğu “Hacı Camalxan” MMC-nin direktoru olaraq “DəmirBank”a götürdüyü kreditin 1 qəpiyini də olsa ödəməyib.

Hətta Baş Prokurorluğun yaydığı xəbərdə deyilirdi ki, “DəmirBank” ASC-dən 2006-2010-cu illərdə kəndli-fermer təsərrüfatının inkişafı, tikinti və sənaye sahəsində işlərin sürətləndirilməsi məqsədilə saxta biznes-planlar və digər sənədlər tərtib edən bəzi fiziki və hüquqi şəxslərin adlarına güzəştli şərtlərlə verilən 10 milyon 666 min 600 manat məbləğində kredit təyinatı üzrə istifadə edilməyib.

Həmin vəsaiti fiziki və hüquqi şəxslərin israf edib mənimsəməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (külli-miqdarda mənimsəmə və ya israf etmə), 195.2 ( külli-miqdarda qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər